Xatırladaq ki, “batareyalı” pikapın prototipini ilk dəfə keçən ilin dekabrında Taylandda Toyota şirkətinin yerli bölməsinin 60-cı ildönümünə həsr olunmuş tədbirdə nümayiş etdirmişdilər. indi isə, onu pikapların xüsusi populyarlığa malik olduğu Avstraliyaya gətiriblər. “CarBuzz” nəşrinin bildirdiyinə görə, yerli müştərilər yenilikdən razı qalıblar. Hazırda Toyota Hilux BEV Revo elektrik pikapı Asiyaya geri qaytarılıb və orada əlavə sınaqdan keçəcək.

Elektrik pikapı, belə avtomobillərə xüsusi tələbkarlıqları ilə seçilən avstraliyalıların xoşuna gəlib: Toyota Australia pikpaın prototip statusuna baxmayaraq, seriya modeli kimi göründüyünü, hiss və idarə edildiyini bildirib. Eyni zamanda, yanacaq versiyasından fərqli olaraq, elektromobil şəhərdə hərəkət üçün nəzərdə tutulub və yolsuzluq üçün uyğun deyil.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İndi onu Taylandda keçiriləcək yol sınaqları gözləyir. Əgər bu sınaqlar uğurlu olarsa, şirkət korporativ taksilər üçün nümayiş modellərinin kiçik partiyasını buraxa bilər.

Toyota hələlik HiLux BEV Revo konseptinin güc aqreqatı haqqında məlumat verməyib. Elektrik pikapı -  yapon istehsalçısının karbon neytrallığına nail olmaq yolunda atdığı bir addımdır. Lakin Toyota təkcə elektromobillərə üstünlük vermək niyyətində deyil və alternativləri araşdırmağa davam edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.