Avropalılar krossoverlərə keçsələr də, ənənəvi universallar Köhnə Dünyada hələ də çox populyardırlar. Təsadüfi deyil ki, fevralın əvvəlindən Avropada ikinci elektrik universalı təqdim edilib: BMW i5 Touring modelindən sonra Volkswagen ID.7 Tourer universalı da işıq üzü görüb. Şirkət ilk dəfədir ki, belə bir prefiksdən istifadə edir, çünki arxa mühərrikli avtomobillər dövründən başlayaraq, demək olar ki, bütün Volkswagen universalları Variant prefiksini daşıyıblar.

ID.7 Tourer Volkswagen brendinin Avropadakı çeşidində benzin, dizel və hibrid versiyaları olan Volkswagen Passat Variant universalına qoşulacaq. İki universal ölçü baxımından çox yaxındırlar: Passat universalının uzunluğu 4,92 metr, ID.7 Tourer modelinin isə, 4,96 metrdir. Lakin baqaj tutumundakı fərq daha çox nəzərəçarpandır və heç də elektromobilin xeyrinə deyil! 

Əgər Passat universalının baqaj bölməsi 690 - 1920 litrə arasında tutuma malikdirsə, ID.7 Tourer modelində pərdənin altında 545 litrlik bölmə var. Arxa cərgələri ən şaquli vəziyyətdə quraşdırdıqda belə, pərdə altındakı tutum 605 litrdən çox olmur. Arxa cərgənin oturacaqlarının qatlanması halında isə, baqajın həcmi 1714 litr təşkil edir.

Lakin ID.7 Tourer daha atletik və səliqəli görünür. Passat universalının aerodinamik müqavimət əmsalı Cx 0,25 olduğu halda, ID.7 Tourer modelində bu göstərici 0,24-ə bərabərdir, lakin baza liftbeki daha axıntılıdır (0,23).

Universalın standart təchizatına 19-düymlük təkər diskləri və LED fənərlər daxildir. Opsiyalar arasında pərdə və sürüşərək açılan bölməsi olmayan elektroxrom panoram dam var. Ümumiyyətlə, universalın interyeri orijinal ID.7 liftbəkinin daxili tərtibatını təkrarlayır.

Müxtəlif kuzovları olan modellər texniki cəhətdən də eynidir. Tourer yalnız 286 at qüvvəsi və 545 Nm hasil edən yeganə elektrik mühərriki olan arxa ötürməli versiyada təklif olunur. Batareya seçiminə gəldikdə isə, iki variant təklif olunur – bunlar effektiv tutumu 77 və ya 86 kilovat/saat (liftbək hələlik yalnız kiçik həcmli batareya ilə satılır, lakin böyük batareya əvvəlcədən elan edilib) olan batareyalardır.

WLTP dövrü üzrə yürüş ehtiyatı, müvafiq olaraq, 600 və 685 kilometr təşkil edir, DC şarj cihazının gücü isə 175 və 200 kilovat təşkil edir. Daha sonra ikimühərrikli tamötürməli versiyalar da təklif ediləcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID.7 Tourer universalları ID.7 liftbəki və ID.4 krossoverlərinin istehsal edildiyi Emdendəki zavodda buraxılacaq. Avropa bazarında satışlara yazın əvvəlində başlanılmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin Almaniyada ID.7 liftbəkinin qiyməti 57 min avrodan başlayır, universal isə, bir qədər baha olmalıdır. Xatırladaq ki, Almaniyada Passat Variant modelinin qiyməti 40 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.