Hazırkı beşinci nəsil Forester demək olar ki, altı ildir istehsal olunur. Odur ki, onun nəsil dəyişdirməyinin tam vaxtıdır. Bunu nəzərə alan yapon istehsalçısı Los Ancelesdə keçirilən avtosalonda krossoverin altıncı nəslini nümayiş etdirib.

Ancaq inqilabdan danışmaq olmaz - hətta təkamül də kifayət qədər təvəzökar xarakter daşıyır. Forester son dərəcə ənənəvi qalıb, çünki əsas bazar sayılan ABŞ-da alıcılar onu məhz bu formada sevirlər: bütün müddət ərzində Şimali Amerikada bu krossover 2,6 milyondan çox tirajla satılıb.

Dəyişdirilmiş dizayn bəlkə də ən əsas yenilikdir. Forester daha iri olub, böyük radiator barmaqlığı və bucaqlı təkər tağlarını əldə edib, üstəlik ön qanadlardakı barmaqlıqlar işləkdirlər: onların vasitəsilə hava ön təkər tağlarından çıxarılır.

Ölçülər demək olar ki, dəyişməz qalıb: sələfi ilə müqayisədə yeni krossoverin uzunluğu 15 millimetr (4656 millimetr), eni isə 13 millimetr (1829 millimetr) artıb. Avtomobilin nə hündürlüyü (dam reylinqləri daxil olmaqla 1730 millimetr), nə də klirensi (Amerika spesifikasiyası ilə 221 millimetr) ümumiyyətlə dəyişməyib.

Təkmilləşdirilmiş SGP (Subaru Global Platform) platforması gücləndirilmiş asqı dayaqlarına malikdir, lakin təkər bazası (2670 millimetr) dəyişməyib. Kuzovun istehsalında yeni qaynaq texnologiyalarından istifadə olunur, yapışqdan birləşmələrin ümumi uzunluğu isə üç dəfədən çox - 8 metrdən 27 metrə qədər artıb.

Bütün bu tədbirlər kuzovun burulma sərtliyini 10% artırmağa, həmçinin salondakı titrəyişləri azaltmağa imkan verib. Reykada quraşdırılmış elektrik sükan gücləndiricisi yenidən sazlanıb.

Analoq cihazlar paneli (virtualı opsiyalar arasında belə yoxdur), fiziki düymələrin bolluğu və transmissiyanın klassik selektoru saxlanılıb. Beləliklə, yeganə əsas yenilik Starlink media sisteminin 11,6 düymlük planşetidir. Belə ekran artıq digər Subaru modellərində də quraşdırılır.

Özü də belə bir displey yalnız bahalı versiyaların imtiyazıdır, bazada iki ayrıca yeddi düymlük sensorlu ekran var (aşağıdakı yalnız iqlimə nəzarətə cavabdehdir). “Apple CarPlay” və “Android Auto” interfeyslərinin simsiz qoşulması, eləcə də ön oturacaqların opsional havalandırması da peyda olub.

Maraqlıdır ki, Forester modelinin salonu kiçilib! Ştatlarda sərnişinin bölümünün həcmini göstərmək qəbul olunub və yeni krossoverdə bu göstərici əvvəlki 3,16-dan 3,14 kubmetrə qədər azalıb.

Lakin baqajın həcmi 818-dən 838 (EPA metodlarına görə), arxa cərgənin qatlanması halında isə, 2101-dən 2107 litrə qədər artırılıb. İlk dəfə olaraq, beşinci qapının elektrik ötürməsinin ayaq hərəkəti ilə aktivləşdirmə funksiyası da tətbiq edilib.

Subaru şirkətinin digər modellərindən sonra yeni Forester də təkmilləşdirilmiş EyeSight sistemini alıb. Mövcud olan iki linzadan başqa, ön şüşənin altında mərkəzdə üçüncü linza da quraşdırılıb. Şirkət iddia edir ki, bu monokamera velosipedçiləri və piyadaları daha tez tanıyır.

Forester həmçinin elektronikaya yavaşlamanı daha sürətli və daha intensiv həyata keçirməyə imkan verən elektrik əyləc gücləndiricisini də əldə edib. Sürücü qəflətən huşunu itirib xəbərdarlıqlara cavab vermirsə, sistem qəza işıqlarını yandıracaq, avtomobili rəvan şəkildə dayandıracaq və qapıların kilidini açacaq. 

Nəhayət, tamölçülü dairəvi müşahidə sistemi də peyda olub.

Texniki baxımından yenilik yoxdur. Okeanın o tayında Forester əvvəlki kimi nə turbomühərrikə, nə də hibrid güc qurğusuna sahib olmayacaq, baxmayaraq ki, bütün bunlar Yaponiya bazarında çoxdan mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerika üçün spesifikasiyaya 2,5-litrlik oppozit atmosfer mühərriki, Lineartronic variatoru və baza tam ötürmə sistemi daxildir. Mühərrikin gücü bir qədər azalsa da (185 əvəzinə 183 at qüvvəsi), fırlanma anı artıb (239 əvəzinə 241 Nm). X-Mode sistemi bir və ya iki ofroud rejiminə malik ola bilər (konfiqurasiyadan asılı olaraq).

Amerikada yeni nəsil Forester krossoverinin satışı 2024-cü ilin yazında başlanmalıdır. O vaxta qədər Subaru digər bazarlar üçün hazırladığı versiyaları da nümayiş etdirəcək. Hazırda təqaüdə göndərilən modelin ABŞ-da satış qiyməti 27 - 37 min dollar arasındadır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.