Alman brendinin tarixindəki ən güclü universal olan ID.7 GTX Tourer modeli ilə yanaşı, “bərkgedən” ID.3 GTX hetçbeki də debüt edib. Bu, arxa oxda yeganə elektrik mühərriki olan dinamik və yığcam elektromobildir. Avropalılara iki variant - adi GTX və GTX Performance variantları təklif olunacaq: birinci halda elektrik mühərrikinin gücü 286 at qüvvəsi, ikinci halda isə, 326 at qüvvəsi təşkil edir. Modifikasiyadan asılı olaraq, “bərkgedən” hetçbek 100 km/saat həddinə altı və ya 5,6 saniyəyə sürətlənir.

ID.3 GTX modeli rombşəkilli hüceyrələri olan qara hava girişləri quraşdırılmış yeni bamperləri, parlaq qara dekoru və arxa diffuzoru ilə seçilir. İnteryerdə GTX versiyaları üçün ənənəvi olan qırmızı tikişlər və qara rəngdə tərtibat, oturacaqlar və sükandakı müvafiq loqotiplər var. Multimedia sisteminin ekranının diaqonalı 12,9 düymdür, ChatGPT süni intellektinə əsaslanan səsli idarəetmə də elan edilib.

Həm ID.3 GTX, həm də daha güclü ID.3 GTX Performance modeli 79 kilovat-saatlıq batareya ilə təchiz edilib ki, bu da hetçbekə 600 kilometr məsafə qət etməyə imkan verir. Bundan başqa, Performance versiyasının standart təchizatına DCC adaptiv amortizatorları daxildir, onun maksimal sürəti isə, 180-dən 200 km/saata qədər artırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışların başlanması tarixi yaxın aylarda açıqlanmalıdır və qiymətlər elə həmin zaman açıqlanacaq. Avropada Volkswagen ID.3 GTX modeli MG4 XPower və Tesla Model 3 elektrokarları ilə rəqabət aparacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.