Artıq məlum olduğu kimi, “Avtomobillər” cizgi filminin üçüncü hissəsi iyun ayının 16-sı tarixində kinoteatrlarda nümayiş etdiriləcəkdir. Bu nümayiş öncəsi, Disney-Pixar studiyası filmin sonuncu treylerini dərc etmişdir.

Dərc edilmiş dramatik treylerlərdən sonda buraxılmış iki dəqiqə yarımlıq yeni videoçarx bizi maraqlı hadisələrlə dolu filmin gözlədiyindən xəbər verir. Çarxdan da göründüyü kimi, Cekson Tufanla mübarizə aparan əfsanəvi İldırım Makkiunin təqaüdə yollanması şansı yox dərəcəsindədir. Cekson Tufandan başqa, filmdə daha bir personaj peyda olacaqdır. Bu qadın cinsindən olan Kruz Ramires adlı sarı rəngli ispan avtomobilidir. 

Filmin rejissoru Con Lasseter yeni filmin ilk iki filmlə müqayisədə daha “emosional” olacağını xüsusi ilə vurğulamışdır. “İldirim Makkuin dəhşətli dərəcədə heyranedicidir”, – Lasseter bildirmişdir. “Yeni personajların olması bu filmin süjetini daha da emosional edir. Yeni film bir qədər bu filmin ilk hissəsini xatırladır. Makkuinin Dok Hadsona münasibəti və onun xatirəsini daima yad  etməsi xüsusən təsiredicidir”.