Bentley şirkəti Continental modelinin «bərkgedən» variantı olan GT Speed avtomobilinin təkmilləşdirilmiş variantını Nyu-York şəhərindəki təqdimatını keçirmişdir. Black Edition modifikasiyasına yiyələnmiş təkmilləşdirilmiş kupe və kabriolet daha sürətli və daha güclü olmuşdur. Avtomobili hərəkətə gətirən 6,0-litrlik iki turbokompressorlu W12 mühərrikinin gücü 635 at qüvvəsindən 642 at qüvvəsinə yüksəldilmişdir. Güc aqreqatının fırlanma anı 20 Nm artaraq 840 Nm bərabər olmuşdur. Mühərrik səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır.

Sırıfadan 100 kilometr/saat həddinə avtomobil 4,1 saniyəyə sürətlənir. Bu əvvəlkindən 0,1 saniyə daha yeyindir. Bentley Continental GT Speed modelinin maksimal sürəti 331 kilometr/saata bərabərdir.

Modelin Black Edition variantını fənərlərin və yan şüşələrin haşiyəsi də daxil olmaqla qara rəngə boyanmış kuzov elementlərinə, 21-düymlük təkər disklərinə, həmçinin qara və ya qırmızı rəngə boyanan əyləc supportlarına görə seçmək olar.

Bundan əlavə, gümüçü, qara, qırmız və ya sarı rəngə boyana bilən ön splitteri, arxa diffuzoru, kandarları və arxa görüntü qüzgülərin korpuslarını da qeyd etmək olar. Avtomobilin salonunun tərtibatında karbondan istifadə olunur və eksteryer elementlərinin rənginə uyğun tikişlər edilir. Qeyd etdiyimiz kimi, avtomobil həm kupe, həm də kabriolet kuzovu ilə təklif edilir. 

İlk avtomobillər sahiblərinə yay aylarında çatdırılacaqdırlar. 635 at qüvvəli mühərriklə təchiz edilmiş Bentley Continental GT Speed modelinin Şimali Amerika bazarındakı qiyməti 240300 dollardan başlayacaqdır.

Avtomobilin GT Speed Black Edition variantının qiyməti isə 253235 dollardan start götürəcəkdir. «Bərkgedən» modelin kabriolet kuzovlu variantı üçün yerli diler tərəfindən  277235 dollar tələb ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt