BMW şirkəti rəsmi olaraq 6-Series ailəsinin yeni nümayəndəsini – Gran Turismo hetçbekini təqdim etmişdir. Yeni model alman istehsalçısının model xəttindəki 5-Series GT modelini əvəz edəcəkdir.

Avtomobilin əsasını sonuncu nəsil 5-Series və 7-Series modellərinin istehsalında istifadə edilən CLAR modul platforması təşkil edir. Yeni platforma, avtomobilin çəkisini sələfinə nisbətən 150 kiloqram azaltmağa imkan vermişdir.  6-Series GT modelinin qabarit uzunluğu 5091 millimetr, eni – 1902 millimetr, hündürlüyü isə 1538 millimetr təşkil edir. Yeni hetçbekin təkər bazası 2070 millimetrə bərabərdir.  Beləliklə, yeni 6-Series GT sələfindən 87 millimetr uzun və 31 millimetr alçaqdır.

Yeni modelin baqaj bölümünün həcmi də ciddi şəkildə artmışdır. Yeni 6-Series GT modeli 610 litrlik (+110 litr) məkan təklif edir. Arxa sıranın qatlanması halında bu rəqəm 1800 litrə (+100 litr) qədər artır. Hetçbekin təchizatına klirensi avtomatik tənzimləyən arxa pnevmatik asqı daxildir. Onun köməyi ilə sürücü gərək olan zaman klirensi 20 millimetr artıra bilər. 120 km/saat həddini keçdikdən sonra, sistem avtomatik olaraq klirensi 10 millimetr azaldır. Opsional olaraq belə asqını ön tərəfə də quraşdırmaq olar. 

Satışların başlanıldığı zaman 6-Series GT iki benzin (630i və 640 i) və bir dizel (630d) mühərrikləri ilə təklif ediləcəkdir. 630i modifikasiyası 258 at qüvvəsi və 400 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz ediləcəkdir. Digər modifikasiya isə 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli mühərriklə təklif ediləcəkdir.

Dizel aqreqatı da 3,0-litrlik həcmə malik olacaq və 265 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edəcəkdir.

Ən güclü mühərriklər xDrive tam çəkiş sistemi ilə sifariş edilə bilərlər.

Yeni modelin təchizatına müasir təhlükəsizlik sistemləri kompleksi daxil edilmişdir. Bundan başqa, avtomobil 10,25 düymlük sensorlu ekranı olan, jestlərlə və səslə idarə edilən multimedia sisteminə, proyeksiya displeyinə, qarajdan avtomatik çıxış və dairəvi görüntü sisteminə sahib olacaqdır. Yeni modelin kütləvi təqdimat mərasimi Frankfurt avtosalonunda keçiriləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt