Bu modelin yenilənməsini Azərbaycanda səbirsizliklə gözləyirdilər desək, bir qədər qeyri-səmimi olarıq. Hətta, bəzilərinə gülməli də görünə bilər. Qapımızı böhran kəsdirsə də, biz hələlik alternativ enerji mənbələri və ekologiya barədə düşünməyi belə ağlımıza gətirmirik.

Biz düşünməkdə olaq, amma bu günlərdə BMW şirkəti yenilənmiş i3 hetçbekini təqdim edib. Üstəlik, bavariyalılar hetçbeki nəinki yeniliyiblər, hətta ona idman modifikasiyasını da bəxş ediblər. Lakin, bu modifikasiya bir çoxlarının adət etdiyi kimi M-emblemi ilə qürrələnmir - almanlar sadəcə avtomobilin indeksinə s hərfini əlavə etməyi məsləhət biliblər. Beləliklə, qarşılayın yenilənmiş BMW i3 və "idmançı" i3s.

Yenilənmiş hetçbek dəyişdirilmiş bamperlərə, təkər disklərinə və kuzovun rənglənməsi yeni sxeminə malik olub. Artıq qara rəngə nəinki avtomobilin kapotu, damı və beşinci qapısı boyana bilər. Bu siyahıya qapıların üzərində köndələn istiqamətləndiricilər olan dam dayaqları da əlavə edilib. Avtomobilin "burunlarındak"ı mavi əlavələr yoxa çıxıb və onun işıq texnikası tamamilə işıqdiodlarından hazırlanıb. 

Qeyd etmək lazımdır ki, avtomobilin uzunluğu 12 millimetr artaraq 4011 millimetrə bərabər olub. Bununla belə, hetçbekin interyeri demək olar ki, dəyişilməyib. İnteryerin 80% elementləri əvvəlki kimi təkrar emal materiallarından hazırlanır. Salondakı əsas yenilik - daha dəqiq icazəli 10,25 düymlük ekrana, yeni menyu quruluşuna və genişləndirilmiş funksiyalara malik olan təkmilləşdirilmiş iDrive sistemidir. Buna misal olaraq, müvafiq əlavələr vasitəsi ilə boş dayanacaq yerinin axtarılmasıdır.

Təchizat dəstləri də dəyişilməz qalır - Atelier, Loft, Lodge və Suite. Texniki hissə də dəyişilməyib. Təkcə, əvvəllər standart sayılan 22 kilovat/saatlıq akkumulyator artıq təklif edilmir. Bütün modifikasiyalar, bir il bundan öncə opsiyalar siyahısında peyda olan  33,2 kilovat/saatlıq batareyalar ilə təchiz edilirlər. 170 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən elektromotor 1245 kiloqramlıq hetçbeki 100 km/saat həddinə 7,3 saniyəyə sürətləndirir.

Avtomobilin maksimal sürəti 150 km/saat həddində məhdudlaşdırılıb. NEDC dövrünə görə, avtomobil dolu batareyalarla 290 kilometr yürüş etməlidir. Əslində bu rəqəm 180 kilometrdir.

İdman üslubunda olan BMW i3s cüzi şəkildə dəyişdirilmiş bamperlərə, təkər tağlarının genişləndiricilərinə və 20-düymlük təkər dislərinə malikdir. Bundan başqa, idman modifikasiyası 40 millimetr genişləndirilmiş təkər izinə, 10 millimetr azaldılmış klirensə, yeni yaylara, amortizatorlara və stabilizatorlara da sahib olub.

BMW i3s modelinin əsas fərqi onun güc aqreqatındadır. Yeni podşipnik və idarəetmə bloku ilə təchiz edilmiş elektik mühərriki 184 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edir. Hətta, idman rejimi də mövcuddur ki, bu rejimdə akselerator pedalının "həssaslığı" artır, sükan isə "ağırlaşır". Üstəlik, 100 km/saata sürətlənmə zamanı 6,9 saniyəyə qədər azalıbdır. Avtomobilin maksimal sürəti də 10 km/saat artıb.

Yürüş məsahəsinə gəldikdə isə, i3s də 180 kilometrlik məsafəni qət edir. Bundan başqa, BMW i3s modeli temperatur vericisi olan qidalanma kabeli ilə də təchiz edilir.

Hər iki versiya üçün, yürüş məsafəsini artıran, 38 at qüvvəli iki silindrli benzin mühərrikini də sifariş etmək olar.

Bu mühərrik birbaşa təkərlərlə birləşməyib və batareyaları dolduran generator rolunu oynayır. Benzin çəninin həcmi 9 litrdir ki, bu da avtomobilin yürüş məsafəsini 150 kilometr artırmağa imkan verir. Eyni zamanda, bu qurğu avtomobilin çəkisini 120 kiloqram artırır.

Avropa bazarında yenilənmiş BMW i3 modeli noyabr ayından başlayaraq satılacaqdır.

Onun baza variantıının qiyməti Almaniyada 37550 avrodan başlayır. Benzin generatoruna malik olan BMW i3s versiyası 45750 avroya başa gələcəkdir. Xatrıladaq ki, bu qiymətə 5-Series sedanının baza variantını əldə etmək olar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt