BMW şirkəti M4 modelinin GT4 kateqoriyası üçün hazırlanmış yarış variantını təqdim etmişdir. Yarış avtomobilinin təqdimatı Nüburqrinqdə keçirilmişdir. M4 GT4 modelinin ilk «döyüş» çıxışı da burada olmuşdur.

BMW M4 GT4 modeli 27 may tarixində baş tutmuş «Nürburqinqin 24 saatı» marafonunda debüt etmişdir. Avtomobilin kuzovu karbonla gücləndirilmiş plastikdən düzəldilmiş dam, kapot və qapılarla təchiz edilmişdir.  Kupe tənzimlənən arxa antiqanad və kuzov dəstindəki əlavə aerodinamik elementlər ilə də təchiz edilir.

Bununla yanaşı, «döyüş» M4 kupesi yarış köndələn dayanıqlılıq stabilizatoru, idman tənzimləmələri olan Öhlins  amortizatorları və yüngülləşdirilmiş buraxılış sistmi ilə komplektləşdirilir. Həmçinin kupe, öndə 390, arxada isə 350 millimetrlik diskləri olan güclü əyləc mexanizmlərinə də sahib olmuşdur. 

BMW Motorsport bölümündən yeni kupenin mühərrikin iş rejimlərini seçmək imkanı verən ilk avtomobil oluğunu da bildirmişdirlər. Əvvəlcədən quraşdırılmış proqramlar pilota trek şəraitindən aslı olaraq mühərrikin iş rejimini dəyişmək imkanı verir. BMW M4 GT4 kupesi 431 at qüvvəsi olan 3.0-litrlik altısilindrli turbomühərrik və xüsusi proqram təminatı olan yeddi pilləli «robotla» təchiz edilir.

Yarış kupesinin qiymətləri 169 min avrodan başlayır. Artıq «döyüş» M4 kupesinə sifarişlər qəbul edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt