BMW şirkəti qaynar M5 modelinin təsvir edildiyi kiçik videotizeri dərc edib. Çarx istehsalçının Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Videoçarxda BMW Individual bölməsi tərəfindən hazırlanmış xüsusi First Edition modifikasiyasından olan avtomobil təsvir edilmişdir. Çox güman ki, bu modifikasiyanın ən tanınan elementlərindən biri kuzovun tünd qırmızı rəngli olacaqdır. Bu rəngli kuzova malik olan avtomobil, bir müddət bundan öncə, Need For Speed onunun Payback variantının üz qapağında əks etdirilmişdi. Yeni nəsil BMW M5 sedanı 4.4-litrlik iki turbokompressorlu V8 mühərrikinə, səkkiz pilləli avtomatik ötürmələr qutusuna və ön oxa ötürməni söndürmək imkanı olan tam çəkiş sisteminə, həmçinin 100 faizlik qapanması olan aktiv arxa differensiala sahib olacaqdır.

Videoçarxa burada baxa bilərsiniz.