BMW şirkətinin Böyük Britaniyadakı nümayəndəliyi “bərkgedən” M5 sedanının promo-çarxını hazırlayıb. Videoçarxda avtomobil hərəkət edən konusların yaratdığı trassada şütüyür.

Videodan da göründüyü kimi trassanın sxemi daima dəyişir: robot-konuslar yerdəyişəmə edərək yeni konfiqurasiya yaradırlar.

Alman istehsalçıs bunun kompyüter qrafikası olmadığını qeyd edib və konusların xüsusi olaraq bu çarx üçün hazırlandığını bildirib. Sözlərinin təsdiqi olaraq, istehsalçı çəkilişin gedişatı barədə kiçik hekayəni də dərc edib.

Yeni nəsil BMW M5 sedanı bu ilin avqust təqdim edilb. "Bərkgedən" sedan 4,4-litrlik M TwinPower Turbo V8 mühərriki və Drivelogic texnologiyalı yeni səkkiz pilləli M Steptronic avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Səkkiz silindrli aqreqat 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. "Qaynar" sedan yerindən 100 km/saat həddinə 3,4 saniyəyə, 200 km/saat həddinə isə 11,1 saniyəyə sürətlənir.

Sedanın maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Opsional M Driver’s Package dəstini sifariş etməklə bu həddi 305 km/saata qədər şəkmək mümkündür. Alman istehsalçısı avtomobilin 100 kilometrə qarışıq rejimdə 10,5 litr yanacaq işlətdiyini bildirib. Yeni nəsil BMW M5 modeli M GmbH bölümü tərəfindən hazırlanmış M xDrive tam çəkiş sistemi ilə təchiz edilir. Tam çəkiş sistemi çoxdiskli mərkəzi muftaya malikdir ki, bu da mühərrikin fırlanma anını oxlar arasında optimal bölməyə imkan verir.

Bundan əlavə, arxa oxda 0-dan 100 faizə kimi qapanma imkanı olan aktiv M-differensialı quraşdırılmışdır.