BMW şirkəti, MotoGP çempionatında təhlükəsizlik avtomobili qismində iştirak edəcək, yeni nəsil “bərkgedən” M5 sedanını təqdim edib. “Bərkgedən” sedanla birlikdə, alman istehsalçısı BMW M5 modeli üçün nəzərdə tutulmuş M Performance dəstini də nümayiş etdirib.

BMW M5 modeli üçün nəzərdə tutulan akksesuarlar siyahısına ön splitter, diffuzor, kandarlara əlavələr, başqa radiator barmaqlığı, yan güzgülərə yeni əlavələr və başqa havalandırma dəlikləri daxildir. Bütün adı çəkilən elementlər karbondan hazırlanır. Bu siyahıya titandan hazırlanmış səsboğucu sistem də daxil edilib.

MotoGP çempionatının təhlükəsizlik avtomobili xüsusi ön splitterə, M4 GTS trek kupesindən alınmış kreslolara, həmçinin ön bamperdə və damda quraşdırılmış işıqdiodlarından hazırlanmış işıq texnikasına sahib olub. Bu işıqlar avtomobilin salonunda quraşdırılmış xüsusi paneldən idarə olunur.

Yeni nəsil BMW M5 sedanı avqust ayında debüt edib. “Bərkgedən” sedan 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4.4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. M5 sedanı 100 km/saat sürətini 3,4 saniyəyə toplayır və 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmış maksimal sürətə malikdir. Əlavə ödənişlə elektron “boyunduruğu” 305 km/saat həddinə də çəkmək mümkündür. Tarixində ilk dəfə olaraq BMW M5 sedanı tam çəkiş sistemi ilə təchiz edilib. Mühərrikin fırlanma anı ön oxa elektronika ilə idarələnən çoxdiskli mufta vasitəsi ilə ötürülür.

Eyni zamanda, sürücü ön oxa ötürməni tamamilə kəsmək imkanına malikdir.  Bunun üçün, avtomobilin dinamik stabilizasiya sistemi söndürülmüş vəziyyətdə olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt