BMW şirkəti 8 seriya kabrioletinin ilk rəsmi fotoşəkillərini dərc edib. Seriyaöncəsi prototiplər Las-Veqasda və Kaliforniyadakı «Ölüm vadisində» sınaqdan keçirilən zaman lentə alınıblar. Burada mühəndislər ekstremal dərəcədə yüksək temperaturlarda avtomobillərin bort sistemlərinin işinə nəzarət edəcəkdirlər.

İlkin məlumata görə, səkkiznci seriyadan olan kabriolet 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Bənzər aqreqata malik olan kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir.

Kabrioletin standart təchizatına aktiv arxa differensial və M Sport əyləc sistemi də daxil ola bilər. Alman şirkəti səkkizinci seriyadan olan kabriolet ilə yanaşı «bərkgedən» BMW M8 və BMW 8-Series Gran Coupe modelini də buraxmaq niyyətindədir. Xatırladaq ki, yeni 8-Series kupesi yayın əvvəlində debüt edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt