BMW şirkəti elektikləşdirilmiş model xəttində i3 və i8 modelləri arasında yer alacaq yeni modelin carçısının tizerini dərc edib. Şirkətdən prototipin “yaxın gələcəkdə satılacaq dörd yerlik elektromobilə baxışın” olduğunu söyləyiblər.

Yeni prototipin nümayişi bu ayın ortalarında Frankfurtda işinə başlayacaq avtosalonda həyata keçiriləcəkdir.  Autocar nəşrinin bildirdiyinə görə, yeni elektromobil i5 adlandırılacaq və böyük ehtimalla liftbek tipli kuzova malik olacaqdır.

 Avtomobil dörd yerlik salona və 500-700 kilometr arasında yürüş məsafəsini təmin edən elektrik güc qurğusuna malik olacaqdır. Əvvəllər, alman istehsalçısının bu modelin yaradılması üzrə işlərin dayandırdığı və əsas diqqətini növbəti nəsil BMW X3 və 4-Series Gran Coupe moidellərinin hibrid variantlarının yaradılmasına yönəltdiyi bildirilmişdir. Tədqiqatlar və işləmələr bölməsinin rəhbəri Klaus Freylixin sözlərinə görə, yeni elektrokarın istehsalı 2021-ci ildə başlanacaqdır.

2025-ci ilə qədər BMW şirkəti elektrikləşdirilmiş modellərin sayını 25-ə çatdırmaq niyyətindədir. Onlarda on ikisi yalnız elektrik mühərriki ilə hərəkətə gələcəkidrlər. Yeni model xəttinin ilki 2020-ci ildə təqdim ediləcək BMW X3 krossoverinin növbəti nəsli olacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt