BMW şirkəti Kaliforniyada keçirilən Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsində yeni rodsterin konseptini təqdim edəcəkdir. Dərc edilmiş yeni tizerdə konseptin ön və yan tərəflərinin bir hissəsi görüntülənibdir.

Tizerdən göründüyü kimi, rodster çəp formalı ön işıq texnikasına və Bavariyadan olan avtomobillərin tanınan elementi olan burunun yeni formasıdır. Yan tərəfdən baxdıqda isə, rodsterin cizgiləri 1995-ci ilin Alfa Romeo Spider modelini xatırladır. Alman istehsalçısının vitse-prezidenti Ədrian van Hoydonkun bildirdiyinə görə, yeni konseptin başlıca vəzifələrindən biri də BMW markasının yeni korporativ dizyan üslubunu nümayiş etdirməkdir.

Xatırladaq ki, müsabiqə avqustun 20-si tarixində keçiriləcəkdir. Lakin, konsept üzərində sirr pərdəsi sabah - avqustun 17-də götürüləcəkdir.

BMW şirkəti hər zaman bu festivala yeni işlərini gətirir. Keçən il alman markası bu müsabiqədə 2002 Hommage prototipini nümayiş etdirmişdi. Konsept alman istehsalçısının ilk turbomühərrikli seriya modeli olan BMW 2002 Turbo modelinə həsr edilmişdi.

İki il bundan öncə, müsabiqədə 3.0 CSL Hommage konseptini, ondan əvvəl isə M4 modelinin seriyaöncəsi variantını və Zagato atelyesi ilə birlikdə hazırladığı rodsteri nümayiş etdirmişdi.