BMW şirkəti rəsmi olaraq X2 adını almış yeni krossoveri təqdim edib. Yeni krossover alman istehsalçısının model xəttində X1 və X3 krossoverlərinin arasında qərarlaşacaqdır.

BMW X2 modelinin qabarit uzunluğu 4360 millimetr, eni - 1824 millimetr, hündürlüyü isə 1526 millimetrdir. Modelin təkər bazasının uzunluğu 2670 millimetr təşkil edir. Beləliklə, yeni krossover X1 modelindən 69 millimetr uzun, 3 millimetr enli və 86 millimetr alçaqdır.

Hər iki modelin təkər bazası eynidir. X2 modelinin baqaj bölümünün həcmi 470 litrə (arxa cərgənin qatlanması halında - 1355 litr) bərabərdir. Əvvəl də bildirildiyi kimi, yeni model öndənçəkişli UKL platformasında inşa edilib.

Bu modeldən sonuncu nəsil X1 krossoverinin və 2-Series Active Tourer hetçbekinin inşasında istifadə edilib.

Bundan başqa, bu platforma Mini şirkətinin Countryman və Clubman modellərinin əsasını təşkil edir.

İlkin olaraq, BMW X2 modeli üç mühərrik ilə təklif ediləcəkdir. Bunlardan birincisi sDrive20i modifikasiyasına quraşdırılan 2,0-litrlik dörd silindrli turbomühərrikdir ki, o da 192 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. Bu aqreqat yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Digər iki mühərrik isə dizel ilə çalışan 2,0-litrlik dörd silindrli güc  aqreqatlarıdır.

Onlardan birincisi 190 at qüvvəsi və 400 Nm fırlanma anı, ikincisi isə 231 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edir. Hər iki mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Dizel modifikasiyaları xDrive tam çəkiş sistemi ilə standart olaraq təchiz edilirlər. Benzin mühərriki ilə təchiz edilən variant isə öndən çəkişli olacaqdır.

Bir müddətdən sonra, krossoverin mühərrik çeşidinə 140 at qüvvəli üç silindrli benzin mühərriki və 150 at qüvvəli dizel mühərriki daxil ediləcəkdir.

Üç silindrli mühərrik mexaniki və ya robotlaşdırılmış ötürmələr qutuları ilə təchiz ediləcəkdir. Əlavə olaraq, 192 at qüvvəli modifikasiya üçün xDrive sistemi əlçatan olacaqdır. Yeni krossover standart olaraq idman asqısı ilə təchiz ediləcəkdir. M Sport və M Sport X modifikasiyaları isə, başqa xarakteristikaları olan M Performance yayları və amortizatorları ilə təlkif olunacaqdırlar.

Əlavə avadanlıq kimi Dynamic Damper Control aktiv amortizatorları da təklif ediləcəkdir. Bu halda krossoverin klirensi 182 millimetrdən 172 millimetrə qədər azalmış olacaqdır.

BMW X2 modeli eksteryerin dizaynının üç variantında təklif ediləcəkdir: baza variantı (qara əlavələr və 17-düymlük disklərlə), M Sport (kuzov dəsti, 19- və 20-düymlük təkər diskləri) və M Sport X (ön bamperdə olan gümüşü rəngli əlavələr, 19 və 20-düymlük disklər). BMW X2 modelinin satışlarına 2018-ci ilin martında başalanacaqdır. Bavariyalı krossoverin əsas rəqibləri Mercedes-Benz GLA və Infiniti QX30 modelləri olacaqdırlar.

Azərbaycan bazarında yeni BMW X2 modeli gələn ilin yaz aylarından başlayaraq satışa çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt