Koreyanın Top Rider saytı yeni BMW X2 krossoverinin rəsmi fotoşəkillərini yayıb. Xatırladaq ki, yeni modelin təqdimatı bir neçə saatdan sonra baş tutcaqdır. Modelin satışlarına gələn ilin yazında başlanacaqdır.

Top Rider saytının əldə etdiyi məlumata əsasən yeni krossoverin mühərrik çeşidinə 192 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərrik, həmçinin 190 və 231 at qüvvəli 2,0-ltrlik turbodizellər daxil olacaqdır. Daha sonra krossoverin mühərrik çeşidinə üç silindrli turbomühərriklər daxil ediləcəkdirlər. Sonuncu olaraq, BMW X2 modelinin 300 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki ilə təchiz edilən X2 M35i xDrive top variantı işıq üzü görəcəkdir. Dizel güc aqreqatları Aisin firmasının səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Benzin modifikasiyalara isə Getrag firmasının istehsalı olan yeni yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu qismət olacaqdır.

İstənilən halda, bir neçə saatdan sonra  yeni model haqqında dəqiq məlumat veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt