Monakoda keçirilən qayıq və yaxtaların sərgisində Brabus şirkəti yeni nəsil Mercedes-AMG G 63 ofrouderi üçün hazırladığı təkmilləşdirmələr dəstini təqdim edib. “Bərkgedən” ofrouder yeni aerodinamik kuzov dəstinə, iki rəngdə dəri ilə üzlənmiş salona və B40-700 gücün artırılması blokuna sahib olub.

Brabus mütəxəssisləri 4,0-litrlik V8 biturbo mühərrikini yenidən proqramlanmış idarəetmə bloku ilə təchiz ediblər. Eyni zamanda, mühəndislər üfürmənin təzyiqi bir qədər artırıblar. Bu təkmilləşdirmələr nəticəsində turbomühərrikin gücü 585 at qüvvəsindən 700 at qüvvəsinə, fırlanma anı isə 850 Nm-dən 950 Nm-ə qədər yüksəlib. Doqquz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışan güc aqreqatı Brabus 700 Widestar modelini 100 km/saat həddinə  4,3 saniyəyə sürətləndirir.

Adi Mercedes-AMG G 63 ofrouderi bu işə 4,5 saniyə sərf edir.

Ofrouderin təchizatına elektronika ilə idarələnən qapaqcıqları, iki çıxış borusu olan və səsi tənzimlənən idman buraxılış sistemi,  alüminiumdan hazırlanmış ötürmələr qutusunun sükanaltı dəstəkləri, təkər tağlarında quraşdırılmış işıqdiodları, 20 və 23 düymlük təkər diskləri və ya damda quraşdırılan əlavə işıqlandırma sistemi daxildir.

Ənənəvi olaraq Brabus modellərinin salonu müştərinin arzu və tələbatına uyğun tərtib edilir. Monakoda nümayiş etdirilən avtomobilin interyer tərtibatında açıq-qəhvəyi və qara rəngli dəridən istifadə edilib. Salonda narıncı tikişləri, oturacaqların mərkəzi hissəsinin və qapı panellərinin xüsusi formalı naxışlarını gərmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt