Nəhayət Bristol şirkəti bu gün Londonda britaniya markasının son on iki il ərzində hazırladığı ilk avtomobilini - Bullet spidsterini rəsmi olaraq təqdim etmişdir. Avtomobilin təqdimat mərasimi britaniya markasının 70 illik yubileyinə həsr edilmişdir. Beş il bundan öncə müflis olan markanı digər Britaniya istehsalçısı Frazer-Nash şirkəti xilas etmişdir.

Yeni modelin zahiri görünüşü üzərindəki sirr pərdəsi bir neçə gün bundan əvvəl avtomobil cəsusları tərəfindən qaldırılmışdı. Bristol Bullet modelinin quruluşunda çoxlu sayda alüminium və karbondan hazırlanmış detallar tətbiq edildiyi üçün, avtomobilin tam çəkisi 1130 kiloqram təşkil edir.

Yeni sportkar 370 at qüvvəli 4,8-litrlik səkkiz silindirli mühərrik vasitəsi ilə hərəkətə gəlir. Ənənəvi olaraq, Bristol avtomobilləri BMW şirkətinin istehsal etdiyi mühərriklərlə təchiz edilirdi. Bu dəfə də həmin ənənə qorunub-saxlanmışdır. Güc aqreqatı Bavariya istehsalçısının məhsulu olan altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır.

Bu tandem, avtomobili yerindən 100 km/saat həddinə 3,8 saniyəyə sürətləndirməyə imkan verir. Bristol Bullet modelinin maksimal sürəti 250 km/saata bərabərdir.

“Güllə”nin salonunda sensorlu ekranı olan, həmçinin Bluetooth və Wi-Fi funksiyalarını dəstəkləyən multimedia sustemi quraşdırılmışdır. Salonun tərtibatında yüksək kefiyyətli dəridən, karbon və təbii ağacdan istifadə edilmişdir.

Bristol Bullet modeli 70 ədədlik tirajla istehsal olunacaqdır. Bir avtomobilin satış qiyməti 250 min funt-sterlinq təşkil edəcəkdir. Spidsterin istehsalına gələn il başlanacaqdır. Qeyd etmək lazımdır ki, spidsterin bütün tirajı artıq satılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt