Məhəmməd adını daşıyan britaniyalı sürücülər üçün sığorta haqqı, avropalı ada malik olan həmkarına nisbətən 200-900 funt-sterlinq baha başa gələcəkdir. Qiymətlərin artırılması ilə üzləşən sakinlər bunu “adi irqçılık” adlandırıblar. Bu barədə xəbəri The Sun qəzeti dərc edib.

Nəşr təhqiqat apararaq, 60 sığorta şirkətindəki qiymətləri müqayisə edib. Məlum olub ki, sığorta bazarının iri iştirakçıları olan Admiral, Bell və M&S şirkətləri sürücünün adının Məhəmmədə dəyişməsi ilə sığorta polisinin qiymətini dərhal artırırmışlar.

Məsələn, 2007-ci ilin Ford Focus avtomobilinin sığortalanması Con Smit  adlı şəxsə 1333 funt-sterlinq başa gəldiyi  halda, Məhəmməd Smit 2252 funt-sterlinq ödəməlidir. Bununla belə, ad səbəbi ilə qiymətlərin artırılmasının qanuna uyğun olması barədə suala cavab olaraq sığorta şirkətlərinin rəhbərləri qanunu pozmadıqlarını bildiriblər.

Məhəmməd Batt adlı avtomobil sahibi sığorta şirkətinin onun adının Süleyman olduğunu düşünərək bir qiyməti səsləndirdiyini,  o adının Məhəmməd olduğunu söylədikdən sonra isə, şirkətin  qiyməti 166 funt-sterlinq artırdığnı bildirib.