Aguttes hərrac evi yeganə nüsxədə mövcud olan 1959-cu ilin AC Aceca-Bristol qrand-turerini satışa çıxaracaqdır. Bu avtomobil AC Cars şirkətinin başçısı Çarlz Harlouya məxsus olub. Zavodun arxiv yazılarında avtomobil “genişləndirilmiş təkər izinə malik olan keçmiş Aceca prototipi” kimi qeydə alınıb. Avtomobildə müxtəlif texnologiyalar və mühəndis həlləri sınaqdan keçirilirdi.

“A83/A86” şassi nömrəsinə sahib olan “qrand-turer”,  1956 – 1963-cü illər arasında 169 nüsxədə istehsal edilmiş adi Aceca-Bristol modellərindən təkər tağlarının genişləndiriciləri olan geniş kuzovu, başqa formal ön və arxa alın şüşələri, həmçinin kapot və ön qanadlarındakı “qəlsəmələri” ilə fərqlənir.

Prototipin texniki hissəsi də daha mütərəqqi olub:  kupe köndələn qolları olan asqı, yaylı-hidravlik Armstrong dayaqları, ön Triumph Herald qolları, alüminiumdan hazırlanmış təkər topları, GKN differensialı və reykalı sükan mexanizimi ilə təchiz edilirdi.  Bütün bunlar adi Aceca-Bristol modellərində olmayıb.

"Qrand-turerin" kapotunun altında 125 at qüvvəsi hasil edən 2,0-litrlik altı silindrli Bristol D-Type mühərriki yerləşir. Mühərrik dörd pilləli mexaniki qutu ilə tandemdə çalışır. Güc aqreqatı, sürücü və sərnişinin ayaq zonasında məkanı genişləndirmək üçün avtomobilin ön hissəsinə doğru çəkilibdir.

AC Cars şirkətinin ən məşhur modeli 1961-ci ildən 1967-ci ilə qədər buraxılmış Cobra rodsteri olub. Sonuncu, üçüncü nəsil Cobra rodsteri 410 at qüvvəsi və 657 Nm fırlanma anı hasil edən 7,0-litrlik V8 mühərriki ilə təchiz edilirdi. AC Cobra 427 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənirdir. 

Image alt Image alt Image alt Image alt Image alt