Alman Lumma Design tüninq-atelyesinin mütəxəssisləri dünyanın ən bahalı ofroderi olan Bentley Bentayga modeli üçün yeni aerodinamik dəst hazırlamışdırlar. Təşmilləşdirilmiş ofroderin kütləvi təqdimat mərasimi qarşıdan gələn cenevrə avtosalonunda keçiriləcəkdir.

Bentley Bentayga CLR B900 adlı aerodinamik parçalar dəstini əldə etmişdir. Bu dəstin tərkibinə ön splitter, ətəklər üçün forması dəyişdirilmiş əlavələr, təkər tağlarının genişləndiriciləri, daha aqressiv diffuzora və buraxılış sisteminin borularının karbondan hazırlanmış başlıqları quraşdırılmış yeni formalı arxa bamper daxildir. Bundan başqa, Bentayga modeli baqaj bölümünün qapağında quraşdırılmış iki spoylerə sahib olmuşdur. Bu dəstin tərkibinə həmçinin karbondan kapot, geniş rəng və lak seçimi daxildir. Tünerlər avtomobili 24-düymlük unikal CLR-24-RS təkər diskləri ilə də təchiz etmişdirlər. Sonradan 22 və 23-düymlük təkər diskləri də təklif ediləcəkdir. Dəsti bu ilin sonunda satışa çıxarılacağı bildirilmişdir.