Artıq hər kəsə məlumdur ki, Hyundai şirkəti növbəti nəsil Santa Fe modelini mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdirəcəkdir. Bunun təsdiqi olaraq, keçən həftə istehsalçı yeni krossoverin sketçlərini dərc edib.

Avtomobilin eksteryerinin dizaynı məlum olsa da, onun interyeri haqqında heç bir məlumat mövcud deyildir. Bu günə qədər...

Bu gün Auto Express nəşri yeni krossoverin cəsus fotoşəkillərini yayıb. Doğrudur, dərc edilmiş fotoşəkillərdə ön panelin əksər hissəsini kamuflyaj örtüyü tutsa da, avtomobilin cihazlar paneli və mərkəzi konsolun üzərində bərkidilmiş multimedia sisteminin displeyi aydın görünür.

Üstəlik, havalandırma sisteminin ön paneldəki rombşəkilli deflektorlarını da misal çəkmək olar.

Yeri gəlmişkən, yeni Santa Fe krossoverinin multimedia sisteminin displeyinin Hyundai i30 modelindəki ilə bənzərlik daşıması, bu sistemin Apple CarPlay və Andriod Auto əlavələrini dəstəkləyəcəyini və Wi-Fi giriş nöqtəsinə malik olacağını təsdiqləyir.

Image alt Image alt Image alt