Chevrolet şirkəti Corvette masl-karının Yaponiya bazarında satılacaq Grand Sport Admiral Blue Heritage Edition adlı məhdudlaşdırılmış xüsusi modifikasiyasını təqdim etmişdir. Eksteryerin və interyerin xüsusi tərtibatı ilə seçiləcək avtomobildən cəmi beş ədəd istehsal ediləcəkdir.

Keçən il təqdim edilmiş Grand Sport modifikasiyası kimi, yeni modifikasiya da 1963-cü ilin orijinal Corvette Grand Sport yarış avtomobilinə həsr edilmişdir. Həmin avtomobilin tirajı da beş nüsxə ilə məhdudlaşdırılmışdı. Xüsusi modifikasiyadan olan Corvette göy rəngə boyanmış kuzova, ön qanadlarda həkk edilmiş qırmızı zolaqlara, həmçinin kapot və damda çəkilmiş ağ zolaqlara  malikdir. Bundan başqa, kupe karbondan olan əlavə aerodinamik elementlərinə və qırmızı haşiyəsi olan qara rəngli təkər disklərinə sahib olmuşdur.

“Korvetin” salonu dəri və alkantara ilə tərtib edilmişdir.

Texniki cəhətdən Corvette dəyişikliyə məruz qalmamışdır. Masl-kar 460 at qüvvəli 6,2-litrlik V8 mühərriki ilə təchiz edilmişdir. Güc aqreqatı yeddi pilləli mexaniki və yaxud səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər. Xüsusi “Korvet” 12,8 milyon yenə satılacaqdır ki, bud a təxmini 115 min ABŞ dollarına bərabərdir. Yeni modifikasiya standart Corvette Grand Sport modifikasiyasından 6,5 min dollar bahadır.

Image alt Image alt Image alt Image alt