Citroen şirkəti SpaceTourer 4X4 Ë Concept adını almış konseptual furqonu təqdim etmişdir. Yeni avtomobil «Ë» kolleksiyasından olan aksessuarların üslubunda hazırlanmışdır. Xatırladaq ki, bu hərif markanın adının fransızca Citroёn yazılışından götürülmüşdür.

Fransızların «səyyahın arzusu» adlandırdıqları konsept SpaceTourer furqonunun qısabazalı variantının əsasında yaradılmışdır. Seriya avtomobili ilə müqayisədə konseptin klirensi 60 millimetr artırılmışdır. Bundan başqa, prototip Automobiles Dangel şirkəti ilə birgə hazırlanmış qoşulan tam çəkiş sistemi və avtomobilə ofroder görkəmi bəxş edən xüsusi kuzov dəsti ilə təchiz edilmişdir.

Avtomobilin oturacaqlarının yuxarı hissəsi və başlıqlarlı ağ dəri ilə örtülmüşdür. Onların qalan hissələri isə boz rəngli alkantara ilə üzlənmişdirlər. Salonun transformasiya sistemi sərnişin bölümündə dörd oturacağı saxlamağa imkan verir ki, bu da baqajın həcmini 2 kub metrə qədər artırmağa şərait yaradır. Konsept 150 at qüvvəli mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə hərəkətə gəlir.

Konseptin təchizatına proyeksiya displeyi, arxa görüntü kamerası, adaptiv kruiz-kontrol, kor zonalara və zolaqlara nəzarət sistemi, yol nişanlarının tanınması funksiyası, avtomatik uzaq işıqlar, və öndən çarpışmaları xəbərdar edən sistem daxildir. Citroen SpaceTourer 4X4 Ë Concept prototipinin kütləvi təqdimat mərasimi mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt