Daihatsu şirkəti Cakartada keçirilmiş avtosalonda iki yeni konsepti nümayiş etdirib. Bu konseptlər yapon markasının yeni dizayn üslunu göstərməklə vəzifələndiriblər.

Kupeşəkilli Daihatsu DN F-Sedan konsepti 4200 millimetr uzunluğa, 1695 millimetr enə və 1430 millimetr hündürlüyə malikdir. Avtomobilin təkər bazası 2510 millimetrə bərabərdir. Konseptin mərkəzi dayaqları yoxdur və arxa qapılar hərəkətin əksi istiqamətində açılır.

Zahiri cəhətdən DN F-Sedan aqressiv kuzov dəsti və tamamilə işıqdiodlarından hazırlanmış optikaya malikdir. Konseptin kapotunun altında 1,2-litrlik dörd silindrli mühərrik və variator yerləşdirilib. Daihatsu DN Multisix miniveni də tamamilə işıqdiodlarından işıq texnikasına və aqressiv kuzov dəstinə sahib olub.

Altı nəfərlik salona malik olan avtomobilin uzunluğu 4310 millimetr, eni - 1720 millimetr, hündürlüyü - 1695 millimetr, təkər bazasının uzunluğu isə 2620 millimetr təşkil edir. Minivenin ön paneli bütov bir displey şəklində düzəldilmişdir. Daha bir kiçin sensorlu displey mərkəzdə quraşdırılıb. Avtomobilin sükanı da şturval şəklindədir.

Daihatsu DN Multisix