Formula 1 bolidləri üçün şassi hazırlayan Dallara Automobili şirkəti özünün ilk yol avtomobili olan Stradale spidsterini təqdim edib. Avtomobilin qapıları yoxdur və onun karbon liflərindən hazırlanmış kuzovu tamamilə transformasiya olunur.

Spidster Dallara Stradale modelinin baza variantı sayılır. Avtomobilə alın şüşəsini quraşdırmaqla onu rodsterə çevirmək mümkündür. Əlavə T-şəkilli rama avtomobili tarqaya da çevirməyə imkan verir. Lakin, bu da son deyil – modeli “qağayı qanadları” tipli qapılarla təchiz edərək onu kupeyə transformasiya etmək olar. Opsiya olaraq təklif edilən arxa antiqanad 820 kilqoram yerəbasma gücü hasil edir. Arxadan çəkişli Dallara Stradale 400 at qüvvəsi və 500 Nm fırlanma anına malik olan Ford EcoBoost ailəsindən olan 2,3-litrlik dörd silindrli mühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Alternativ olaraq, sükanaltı ləçəkləri olan robotlaşdırılmış transmissiyanı da sifariş etmək mümkündür. Stradale 100 km/saat sürətini 3,25 saniyəyə toplayır. Onun maksimal sürət həddi 300 km/saatdır.

Dallara cəmi 600 ədəd Stradale modelini buraxmağı planlaşdırır. Baza modelinin qiyməti 155 min avrodur. Alın şüşəsi 16,6 min avroya, tarqa – 7,7 minə, qapıların qiyməti isə, 7,3 min avroya başa gələcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt