Elektromobillərin yaradılması ilə məşğul olan Detroit Electric şirkəti yeni modellərin tizerlərini dərc edib. Üç il ərzində şirkət elektrik sportkarını, krossoverini və sedanını buraxmalıdır. Bu barədə bəyanatı Low Carbon Vehicles 2017 sərgisində şirkətin baş direktoru Riçi Frost verib.

Layihənin həyata keçirilməsi üçün startap 1,8 milyard dollar sərmayə cəlb edib. Bu vəsaitlər istehsal gücünün artırılmasına, təqiqatlar və işləmələr mərkəzinin yaradılmasına, həmçinin 150-200 nəfərlik mühəndis korpusunun cəlb edilməsinə yönəldiləcəkdirlər.  Layihə üzrə ilk yeniliyin, 2019-cu ildə işıq üzü görəcək sedanın olması gözlənilir. Ondan sonra bazara dəbdəbəli krossover çıxacaqdır.  Hər iki model Detroit Electric şirkətinin müstəqil şəkildə yaratdığı yeni platformada inşa ediləcəkdir.

Hazırda şirkətin yalnız bir modeli mövcuddur. Bu da Lotus Elise modelinin bazasında yaradılmış  SP:01 rodsteridir.  

Avtomobil iki modifikasiyada - 204 və 286 at qüvvəli mühərriklər ilə təklif edilir. Güc aqreqatları 37 kilovat-saatlıq tutumu olan batareyalardan qidalanır. Birinci variant 100 km/saat həddini 5,6 saniyəyə, ikinci isə 3,9 saniyəyə toplayır. Yürüş ehtiyatı - 300 kilometrdir.