Flavio Briatore yaxın 18 ayı həbsxanada keçirə bilər. İtalyan kütləvi informasiya vasitələrinin verdiyi xəbərdə, Benetton və Renault komandalarının sabiq rəhbərinin iri məbləğdə vergidən yayındığına görə 18 ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

67 yaşlı Briatorenin vəkilləri bu qərara yenidən baxılması üçün Genuyanın appeliyasiya məhkəməsinə şikayət veriblər . Əslində məhkəmənin onsuz da yumşaq olub.  Çünki, iddia tərəfi Briatorenin 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edibmiş. Flavionu “batıran”, Kayman adlarında qeydiyyatdan keçmiş bir şirkətdən icarəyə götürdüyü Force Blue adlı yaxta olub.

Sonradan vergi müfəttişliyi bu şirkətin elə Briatorenin özünə məxsus olduğunu aşkar edib. Beləliklə, Flavio Briatore 3,6 milyon avro məbləğində vergini gizlətməkdə ittiham olunur.

Bundan başqa, onun 2006-2010-cu illər arasında 800 min avro məbləğində vergini ödəmədiyi də bildirilir.