Ford şirkəti F-150 pikapının mühərrik çeşidinə dizel güc aqreqatını daxil edib. Ford F-150 modeli tarixində ilk dəfədir ki dizel mühərriki ilə təchiz edilir. Əvvəllər dizel mühərrikləri ilə daha iri F-250, F-350 Super Duty modelləri təchiz edilirdi.

Pikap 250 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli dizel mühərriki ilə hərəkətə gələcəkdir.

Mühərrik 10-pilləli SelectShift avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Bu qutu böyük fırlanma anını “həzm etmək” üçün xüsusi olaraq təkmilləşdirilib. Dizel F-150 pikapı bir neçə modifikasiyada təklif ediləcəkdir. Pikapı bir yarımlıq və ikiqat kabina, arxa və ya tam çəkişlə, həmçinin 1,7 və 2,0 metrlik yükləmə meydançası ilə buraxacaqdırlar. İki metrlik yük yerinə malik olan modifikasiyanın yük götürmə qabiliyyəti 916 kiloqramdır. Yedəyə alınan qoşqunun maksimal çəkisi isə 5170 kiloqrama bərabərdir.

ABŞ bazarında pikapı yanvar ayından başlayaraq sifariş etmək olar. Sifariş edilmiş pikaplar alıcılara yazda çatdırılacaqdır. Dizel mühərrikli pikapın qiyməti açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt