Ford şirkəti amerikan polisi üçün hazırladığı ikinci hibrid avtomobili təqdim edib. Hibrid Ford Fusion modelinin bazasında yaradılıbdır. O, məişət elektrik şəbəkəsindən qidalanan güc qurğusu ilə təchiz edilibdir.

Yeni hibrid yalnız elektrik ötürməsindən istifadə edərək 34 kilometr məsafə qət etmək iqtidarındadır. Yeni avtomobil sürətli təqiblər üçün nəzərdə tutulmayıb – Ford şirkətindən belə avtomobilin detektivlərə və yaxud yanğınsöndürmə departamentinin rəisinə uyğun gələcəyi bildirilib.

Sedan 141 at qüvvəsi hasil edən 2,0-litrlik benzin mühərrikinin əsasında yaradılan hibrid güc qurğusuna sahib olub. Quğunun tərkibinə, həmçinin, variator və 7,6 kilovat-saatlıq tutumu olan litium-ion akkumulyatorları daxildir. Bu akkumulyatorları 240 voltluq şəbəkədən 2,5 saata doldurmaq mümkündür. Sedan elektrik ötürməsi ilə 137 km/saat həddinə kimi sürətlənə bilər.

Tamamilə dolu olan yanacaq çəni ilə avtomobilin ümumi yürüş məsafəsi 800 kilometr təşkil edir. Fusion sedanları ilə yanaşı, Ford şirkəti uzunmüddətli təqiblər üçün F-150 Raptor pikapını da hazırlayıb. Sınaqları başa vurmuş pikap gələn ilin yazından patrul xidmətinə başlayacaqdır.