Ford şirkəti Ranger pikapının ən ekstremal variantı olan Raptor modfikasiyasını təqdim edib. Pikap 283 millimetrlik klirensə və ağır yolsuzluq üçün asqıya sahib olub.

Ford Ranger Raptor modelinin qabarit uzunluğu 5398 millimetr, eni - 2180 millimter, hündürlüyü isə 1873 millimetrdir. Avtomobilin ön və arxa təkər izi 1710 millimetr təşkil edir.

Avtomobilin giriş və çıxış bucaqları 32,5 və 24 dərəcədir. Rampa bucağı 24 dərəcəyə bərabərdir. Pikap Fox şirkətinin artırılmış gedişi olan xüsusi yolsuzluq asqını, 332-millimetrlik diskləri olan əyləc sistemini, 17-düymlük təkər disklərini, BF Goodrich yolsuzluq şinlərini,kuzovun aşağı hissəsinin müdafiəsini, həmçinin idarəetmə elektronikasının Baja rejimini əldə edib. Eyni tənzimləməyə Ford F-150 Raptor modeli də sahibdir.

Bu rejim səhrada yüksək sürətlə hərəkət etmək üçün nəzərdə tutulub.

Yeni pikap 213 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik iki turbokompressorlu dizel aqreqatı ilə təchiz edilir. Güc aqreqatı 10 pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Ford Ranger Raptop Asiya-Sakitokean regionu üçün nəzərdə tutulub. Bununla belə, pikapın 2019-cu ildə ABŞ-da satılacağı da ehtimal olunur. Pikapın istehsalı Miçiqandakı zavoda yerləşdiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt