Moskva səfərində Rolls-Royce şirkətinin marketinq xidməti dəvət olunmuş jirnalistlərə Ghost Series II sedanını da sınamaq imkanını yaratmışdır. Bütün Rolls-Royce avtomobilləri kimi bu sedan da xəyalət adını daşıyr. Deyərdim ki, hətta "Ghost" adı "Phantom" və "Wraith" adlarından daha məşhurdur. Uşaqlıqda əlimə keçən bir xarici avtomobil dərgisində gördüyüm ilk qədimi avtomobil Rolls-Royce Siver Ghost modeli olmuşdu. Bu avtomobildə olan mükəmməllik elə o zaman məni valeh etmişdi.

Beləliklə, növbəti sınaq avtomobilimizlə yaxından tanış olaq. Rolls-Royce Ghost modeli 2009-cu ildə Cenevrə avtomobil salonunda təqdim edilmişdi. 2014-cü ildə isə avtomobil yüngül restaylinqə məruz qalmışdı. Bir çoxları Ghost modelini bayraqdar model olan Phantom modelinin qısaldılmış və bir qədər ucuz variantı kimi səciyyələndiridilər.

Əslində isə, Rolls-Royce Ghost modeli gənc işgüzar insanların uğur  simvoluna çevrilərək Britaniya istehsalçısının əsas "silahı" oldu.

Qeyd etmək lazımdır ki, britaniyalıların bu modelə bəslədiyi ümidlər tamamilə doğrulmuş oldu - Ghost modelini Rolls-Royce şirkətinin model cərgəsində olan avtomobillər arasında ən çox tələb olunan model adlandırsaq yanılmarıq. Bu uğurun əsas səbəblərindən biri də avtomobilin sahibinə daha geniş imkanlar təklif etməsindədir.

Phantom sedanından fərqli olaraq, Ghost sahibi adi iş günlərində arxa oturacaqda hərəkət etməyə üstünlük versə də, həftə sonlarında özü sürücü oturacağına əyləşərək idarəetmədən həzz ala bilər. 

Daha incə formalı radiator barmaqlığı sayəsində sedan dinamik görünüşə malikdir

Rolls-Royce Ghost sedanının qabarit uzunluğu 5399 millimetr, eni - 1948 millimetr, hündürlüyü isə 1550 millimetrdir Sedanın təkər bazası isə 3295 millimter təşkil edir. Bundan əlavə, Ghost modelinin uzun bazalı variantı da mövcuddur ki, onun da uzunluğu 5569 millimetr, təkər bazasının ölçüsü isə 3465 millimetrdir.

Dəbdəbəli sedan 6,6-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir. Rolls-Royce Ghost modelinin kapotunun altında yerləşdirilmiş mühərrik 563 at qüvvəsi gücə və 780 Nm fırlanma anına malikdir. Güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birlikdə 2360 kiloqramlıq sedanı 100 km/saat həddinə 4,9 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Qatışıq rejimdə avtomobil 100 kilometrə 14,0 litr yanacaq sərf edir. Şəhər rejimində bu göstərici 21.2 litrə, şəhərkənarı yollarda isə 9,8 litrə bərabərdir. Əlbəttə ki, deyə bilərsiniz ki, yanacaq sərfiyyatı Rolls-Royce sahibini son maraqlandıran göstəricidir və bəlkə də ümumiyyətlə maraqlandırmır. Lakin bizim vəzifəmiz məlumatları olduğu kimi sizə çatdırmaqdır.

Klassik və sadə formalar hər zaman diqqət cəlb edəcəkdir

Əgər məndən "Bu avtomobildə hansı oturacaqda əyləşməyə üstünlük verərsiniz?" sualına cavabı öyrənmək istəsəniz, tam əminliklə "Arxa oturacağı seçərdim" cümləsini eşidəcəksiniz.

Doğrudur, britaniyalılar sürücünün həyatını yüngülləşdirmək üçün bütün imkanlardan tam istifadə edilmişdir - avtomobilin erqonomikasına yeganə iradım iri ölçülü sükan çarxı olsa da, qalan orqanlardan istifadə etmək çox rahat və anlaşılandır. Texniki brifinq zamanı aldığımız qısa məlumatdan sonra, bütün funksiyalardan sərbəst şəkildə istifadə etməyə başladım - məndə elə təəssurat yarandı ki, sanki illərlə bu avtomobilin sahibi olmuşam.

Bununla belə, mənim subyektiv fikrimcə, Ghost sedanında səfər etməkdən həzz alacağınız yeganə məkan arxa oturacaqlardır. Özü də mütləq "Lounge seat" dəstini sifariş etmək gərəkdir - bu konfiqurasiyada arxa oturacaqlar bir qədər bir-birinə tərəf çevrilmişdir ki, arxada əyləşən sərnişinlər rahat və səs-küydən təcrid olunmuş bir məkanda rahat şəkildə söhbət edə bilsinlər.

Arxa oturacaqlarda özünü ərəb şeyxi kimi hiss edirsən

Əgər tərəf müqabiliniz yoxdursa və siz arxa oturacaqda təksiniz isə, bu zaman Rolls-Royce mütəxəssisləri tərəfindən hazırlanmış Bespoke səs sitemindən süzülən musiqidən həzz alaraq səfəriniz davam etdirə bilrəsiniz.

Bespoke səs sistemi britaniyalı mütəxəssislər tərəfindən fərdi qaydada quraşdırılmış 18 dinamik "Studio" və "Theatre" konfiqurasiyalarından istifadə edərək ideal səsləndirməni təmin edəcəkdir. Bununla bərabər, Ghost ən müasir rabitə texnologiyaları ilə də təchiz edilmişdir.

Quraşdırılmış Wi-Fi nöqtəsi sayəsində dünyada baş verən hadisələrdən agah olmaq, elektron poçtanızla işləmək, audio və video birləşmələri həyata keçirə bilərsiniz. Əlbəttə ki, sizi əhatə edən dəbdəbəli salonu da unutmamaq gərəkdir.

Bildiyimiz kimi, Rolls-Royce Ghost modeli iki il bundan əvvəl müəyyən yeniləmələrə məruz qalmışdır. Yenilənmədən sonra avtomobil işıqdiodlarından hazırlanmış işıq texnikası və gündüz hərəkət işıqları ilə təchiz edilmişdir.

Yenilənmiş bamper avtomobilə daha sanballı və dinamik görkəm verməklə vəzifələndirilmişdir. Bundan başqa, Ghost məşhur Spirit of Ecstasy fiqurunun arxasına yerləşdirilmiş genişlənən zolaq sayəsində daha dinamik təsir bağışlayır. Avtomobilin təchizat siyahısına yeni boya çeşidləri və təkər diskləri əlavə edilmişdir.

Dəbdəbə sizi əyləşdiyiniz yerdən asılı olmayaraq hər zaman əhatə edəcəkdir

İnteryerdəki dəyişikliklər ayaqların vəziyyətini və əyləşmənin dərinliyini tənzimləməyə verən yenilənmiş ön oturacaqlardan, arxa sərnişinlərin rahat şəkildə ünsiyyət qurması üçün yerləşmələri dəyişdirilmiş arxa oturacaqlardan, saat və cihazlar panelinin yeni tərtibatından ibarətdir. Bundan başqa, ön və arxa dayaqların əsil dəri ilə üzlənməsini də sifariş etmək olar. Bespoke fərdiləşdirmə çeşidinə Paldao və Walnut Burr Crossband eksklyuziv panelləri əlavə edilmişdir.

Texniki yeniliklər siyahısına adaptiv ön fənərlər, yeni ön və arxa dayaqları olan “Dynamic Driving Package”  dəsti ilə təchiz edilmiş təkmilləşdirilmiş asqı sistemi, yeni sükan mexanizmi və adaptiv amortizatorlar daxildir. Eyni zamanda yenilənmiş arxa hidravlik dayaqlar, komfortun və idarəolunma kefiyyətinin yüksəldilməsini təmin edir. Bundan başqa, Wraith modelindən tanış olan SAT sistemi də Ghost Series II sedanının avadanlıq siyahısına daxil edilmişdir.

Keçən il Britaniyanın nüfuzlu jurnalistləri Ghost Series II modelini "İlin ən yaxşı dəbdəbəli avtomobili" tituluna layiq görmüşdülər. Bu model sayəsində Rolls-Royce şirkəti öz tarixində beşinci dəfə rekord satışlarına nail olmuşdur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt