İsveçin Gray Design studiyası Hydra Collection adı altında hazırladığı konseptlər seriyasını təqdim edib. Bu layihəyə sualtı qanadları olan Hydrafoil qayığı, Hydra elektrik rodsteri və Hydros motosikli daxildir. Retro üslubunda tərtib edilən konseptlərin əsas xüsusiyyəti eksteryerin ağacdan panelləridir.

Hydrafoil katerinin uzunluğu 9,5 metrdir. Onun gövdəsi karbonplastikdən və kevlardan hazırlanıbdır. Qayıq, vəziyyətini saniyədə 32 dəfə avtomatik tənzimləyən ön qanada və 100 at qüvvəli elektrik mühərrikinə sahibdir. Güc aqreqatı batareyalar blokundan qidalanır.

Qayığın sistemlərinin işi haqqında məlumat idaəetmə bölümündə quraşdırılan 30-düymlük oval displeydə əks etdirilir.  Hydrafoil qayığının kreyser sürəti 32 km/saat təşkil edir. Onun maksimal yürüş ehtiyatı 74 kilometrdir. Kreyser sürəti ilə qayıq 72,5 kilometr qət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hydra rodsterinin inşası ilə Trollhettanda məşğul olacaqdırlar. “Vudi” adlandırılmış avtomobili, təkərlərə quraşdırılan mühərrikləri olan 450 at qüvvəli NEVS qurğusu ilə təchiz edəcəkdirlər. Rodsterin maksimal sürəti 215 km/saat olacaq. Elektrik Hydros motosikli üzərində işlərə isə artıq start verilibdir.

Cari prototip Zero motorcycles şirkətinin elektrik mühərriki ilə təchiz edilir. Sınaq işlərinin başa çatmasından sonra, xüsusi olaraq bu motosikl üçün nəzərdə tutulan güc aqreqatı yaradılacaqdır. Bundan başqa, Hydros motosiklini konstruksiyanın elementlərinə quraşdırılan və sabvuferi olan səs sistemi ilı təchiz edəcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt