Hennessey Performance şirkəti Venom F5 hiperkarının interyerini nümayiş etdirib. İstehsalçı by avtomobilin dünyanın ən sürətli avtomobilinin olacağını iddia edib.

İstehsalçının Facebook sosial şəbəkəsində dərc etdiyi şəkildə karbondan olan elementlər, alkantara ilə üzlənmiş sükan çarxı və rəqəmsal cihazlar paneli təsvir olunub.

Sükan çarxında hiperkarı əsas idarəetmə sistemlərinin düymələri yerləşdirilib. Bunlar mühərrikin işə salınması düyməsi, ötürmələr qutusunun elektron selektoru, uzaq işıqla xəbərdarlıq etmək üçün xüsusi düymə və Boost rejiminin aktivləşdirilməsi düyməsidir. Rəqəmsal cihazlar panelində ERS rekuperasiya sisteminin piktoqramını da görmək olar.

Belə sistemlərdən, batareyaların enerjisi hesabına qısamüddətli güc artımını təmin etmək üçün yarış avtomobillərində istifadə olunur.

Arxadançəkişli hiperkar, xüsusi olaraq bu model üçün hazırlanmış 7,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Mühərrik 1600 at qüvvəsi və 1762 Nm fırlanma anı hasil edir. Güc aqreqatı yeddi pilləli bir muftalı robotlaşdırılmış ötürmə qutusu ilə tandemdə çalışır.

Avtomobili mexaniki ötürmələr qutusu ilə də sifariş etmək mümkündür. Bu halda, istehsalçı sürücünün təkərin yerində fırlanması və GPS məlumatlarının əsasında 225 km/saat həddinə kimi işləyən xüsusi trekşn-kontrolla mübarizə aparmalı olacağını da bilidirib.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt