Honda şirkəti çin startapı olan SenseTime şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, çin şirkəti yapon istehsalçısına avtonom idarəetmə sistemi olan avtomobillər üçün süni intellektin yaradılması və inkişafı sahəsində yardım edəcəkdir. Müqavilə beş il müddətinə imzalanıb.

Yapon istehsalçısı SenseTime şirkətinin hərəkət edən obyektləri aşkar etmək üçün hazırlanmış alqoritmlərindən istifadə edərək risqləri öncədəngörmə sistemini və pilotsuz avtomobillərin şəhərdəki hərəkətinin planlaşdırılmasını yaratmaq niyyətindədir. Honda və SenseTime şirkətlərinin əməkdaşlığı təkcə avtomobil sənayəsi ilə məhdudlaşmır. Tərəflər robotların yaradılması üzərində də işləyəcəkdirlər. TechCrunch nəşrinin birdirdiyinə görə, SensTime şirkətinin dəyəri təxminən bir milyard dollar təşkil edir.

Startapın sərmayədarlarından biri prosessorlar istehsalçısı olan Qualcomm şirkətidir. SenseTime müştərilərinin arasında Honda şirkətindən başqa Xiaomi, Huawei, NVIDIA və UnionPay da vardır.

Bir müddət bundan öncə, Honda şirkəti süni intellekt və avtonom idarəetmə sistemi ilə təchiz edilən Sports EV və Urban EV konseptlərini nümayiş etdirmişdi. Bu konseptlərin seriya variantları müvafiq olaraq 2021 və 2019-cu ildə təqdim edilməlidirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt