Bir müddət bundan öncə, Hyundai şirkətinin Las-Veqasda keçiriləcək istehlak elektronikasının sərgisində (CES) ix35 Fuel Cell modelinin davamçısını təqdim edəcəyini yazmışdıq. Bu gün Cənubi Koreya istehsalçısı seriya modelinin şəkillərini dərc edib.

Hyundai şirkəti yeni modelin adını açıqlamayıb, lakin hidrogenlə çalışan güc qurğusuna malik olan krossoverinin ismini CES sərgisindəki təqdimat zamanı səsləndirəcəyini bildirib. Eyni zamanda koreya istehsalçısı yeni krossoverin interyer tərtibatının yeni Hyundai modellərində tətbiq ediləcəyini də bildirib. Yeni interyer konsepsiyası səs komandalarını yerinə yetirən və süni intellektə əsaslanan fərdi köməkçinin mövcudluğunu da nəzərdə tutur. Əlbəttə ki, krossoverin sahib olacağı avtonom idarəetmə sistemini də yaddan çıxarmamaq gərəkdir. 

Avropada tətbiq edilən metodikaya əsasən avtomobilin yürüş ehtiyatı 800 kilometr təşkil edir. Rəsmi məlumata görə, Hyundai ix35 Fuel Cell modeli dolu çənlə 700 kilometr qət etmək iqtidarındadır. Yeni modelin güc aqreqatı 120 kilovat hasil edir ki, bu da 163 at qüvvəsi və 400 Nm fırlanma anı deməkdir. Hyundai Next Generation FCEV modelinin sələfinin mühərriki isə 136 at qüvvəsi təşkil edir. Krossover hidrogenin saxlanması üçün üç eyni həcmli çənlə təchiz edilir. Cari ix35 Fuel Cell modelində isə iki müxtəlif ölçülü çən mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt