Cənubi Koreyada keçirilən konfransda Hyundai Motor Group yeni Smart Stream güc aqreqatları ailəsinin inkişaf planını açıqlayıb. 2022-ci ilə bu ailə 10 ədədi benzin mühərrikindən və 6 turbodizeldən ibarət olacaqdır.

Dizel qalmaqalından sonra bir sıra istehsalçılar yeni dizel aqreqatlarının hazırlanmasından imtina etsələr də, koreyalılar dizel mühərriklərindən imtina etmək fikrində deyildirlər. Bundan başqa, bu ailənin tərkibində  qoşulan hibridlər üçün qurğular, elektrik mühərrikləri və hidrogen elektokimyəvi generatorları da olacaqdır. Lakin, yeni ailəyə daxil olan adi daxili yanacaq mühərrikləri inqilabi yeniliklər təklif etməyəcəkdirlər.

Onları, cari mühəriklərin yüngülləşdirilmiş komponentlər ilə təchiz ediləcək, azaldılmış sürtünməsi və daha yığcam ölçüləri olan təkmillədirilmiş variantları kimi qəbul etmək gərəkdir.

Bu sahədəki yeniliklərdən isə, klapanların açılması müddətini rəvan dəyişən CVVD (Continuously Variable Valve Duration) sistemini göstərmək olar.

Koreyalıların bildirdiyinə görə, müasir benzin mühərriklərinin birbaşa çiləmə sisteminə sahib olması o qədər də vacib deyildir.

Bu sahədəki yeniliklərdən biri də hər bir silindirin giriş traktında quraşdırılan iki forsunkalı bölüşdürülməli çiləmə sistemidir. Mühəndislər ikili çiləmənin ümumi yanacaq sərfiyyatını hiss ediləcək dərəcədə azaldacağına söz verirlər. Həmçinin, benzin mühərrikləri üçün nəzərdə tutulan GPF (Gasoline Particulate Filter) sərt hissəciklər filtri də anons edilib. Görülmüş tədbirlər nəticəsində benzin mühərriklər daha qənaətcil və ekoloji olacaqdırlar.

Yeganə açıq qalan məsələ onların etbarlılığıdır.

Smart Stream ailəsindən olan ilk mühərrik bu ilin sentyabrında Frankfurt avtosalonunda debüt edib. Bu 1,6-litrlik TGDi benzin turbomühərrikidir. Bu güc aqreqatı iki «yaş» muftası olan səkkiz pilləli «robotla» tandemdə çalışır. Koreyadakı konfransda isə, istehsalçı 1,6-litrlik turbodizeli nümayiş etdirib. Bu mühərrik qənaətcillikdən başqa, səs və vibrasıyaların azaldılmış səviyyəsi ilə də fərqlənəcəkdir. Bunlardan əlavə, yeni variator, hibrid sistemi və yeni nəsil elektrik mühərriki də hazırlanıbdır.

Təəssüflər olsun ki, koreyalılar yeni aqreqatların xarakteristikalarını sirr olaraq saxlayıblar. Lakin, gələn ildən başlayaraq bu aqreqatların yeni Hyundai və Kia modellərində debüt edəcəkləri bildirilib.