Jaguar Land Rover ittifaqı pərəstiş obyektinə çevrilmiş daha bir klassik modeli yenidən həyata qaytarmaq niyyətindədir. Bu əfsanəvi yarış avtomobillərindən biri olan Jaguar D-Type sportkarıdır.

Jaguar D-Type modelinin 62 il bundan öncə inşa edilməsinə baxmayaraq, Jaguar Classic bölməsi bu əfsanəvi avtomobilin ilk mühəndis prototipini hazırlayıb və onu sabah Parisdə işinə başlayacaq Salon Retromobile sərgisində təqdim etməyi planlaşdırır. D-Type modeli E-Type kimi məşhur olmasa da,  sportkar “Le Manın 24 saatı” marafonunda 1955, 1956 və 1957-ci illərdə üç dəfə ardıcıl qələbə qazanaraq adını avtoidman tarixinin şərəfli səhifələrinə yazdırıb. Jaguar şirkətindən buraxılacaq 25 avtomobilin hər birinin orinijal modellə eyni olacağını bildirilib.

Çox güman ki, buraya XK seriyasından olan altı silindrli mühərrik də daxildir. İlkin olaraq, D-Type 3,4 litrlik, sonra 3,8-litrlik və nəhayət "Le Manın 24 saatı" marafonun texniki tələblərinə uyğun olaraq 3,0-litrlik altı silindrli mühərriklə təchiz edilirmiş.

Avtomobili sifariş edən müştərilər iki spesifikasiyadan birini seçə bilər: bunlar 1955-ci ilin Shortnose və 1956-cı ilin Longnose modelləridir. Mühəndis prototipini təmsil edən sonuncu model uzun kapotu, güclü əyləc mexanizmləri və arxa hissənin dizaynı ilə seçilir.

Cəmi 100 ədəd Jaguar D-Type sportkarının buraxılması nəzərdə tutulur. Jaguar şirkəti artıq 75 avtomobili istehsal edib. Qalan 25 nüsxədən ibarət partiyanın buraxılması altı il müddətinə palanlaşdırılıbdır. Avtomobilin qiyməti səsləndirilməsə də, ona sifarişlər qəbul edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt