Jaguar şirkəti yeni yığcam krossoverin ilk tizerini dərc edibdir. Tizerdə Jaguar E-Pace adını alan krossoverin arxa işıqdidlarından hazırlanmış fənərini, arxa görüntü güzgüsünü və baqaj qapağının bir hissəsini görmək mümkündür. Jaguar E-Pace modelinin təqimatı 13 iyulda keçiriləcəkdir.

Bununla belə, istehsalçı Jaguar E-Pace modeli barədə heç bir məlumat təqdim etməyib. İstehsalçı yalnız avtomobilin tam çəkiş sistemi, həmçinin İngenium ailəsindən olan benzin və dizel «turbodördlükləri» ilə təchiz ediləcəyini bildirib.

Britaniyalıistehsalçının model cərgəsində E-Pace modeli F-Pace krossoverindən bir pillə aşağıda yerləşəcəkdir. Yüksək ehtimalla, Jaguar E-Pace alıcıları BMW X1, Mercedes-Benz GLA, Audi Q3 və Lexus NX modellərinin əlindən almaq niyyətindədir.