Böyük Britaniyadan olan Kahn Design atelyesi Vengeance («İntiqam») superkarının açıq modifikasiyasının ilk tizerini yaymışdır. Aston Martin DB9 superkarının bazasında yaradılmış avtomobilin rəsmi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.

Adi Aston Martin DB9 modelini Vengeance superkarına çevirmək üçün 200 insan-saat tələb edilir. Bu zaman, avtomobilə xüsusi olaraq bu avtomobil üçün alüminiumdan hazırlanmış yeni qapıları, kapot və qanadları, həmçinin başqa bamperləri, «ətək» və «qılıncdişli pişiyi» xatrıladan radiator barmaqlığını quraşdırılar. Eyni zamanda, Vengeance superkarının interyerini yenidən işləyərək, ruletkanı xatırladan təkər disklərini quraşdırılar.

Bununla belə, avtomobilin texniki hissəsi dəyişilməz olaraq qalır.

Bildiyimiz kimi, superkar 510 at qüvvəli 5,9-litrlik atmosfer tipli V12 mühərriki ilə hərəkətə gəlir. Superkarı mexaniki və ya avtomatik ötürmələr qutusu ilə sifariş etmək mümkündür. Kahn şirkəti cəmi 20 ədəd kupe buraxılmasını planlaşdırmışdır. Çox güman ki, kabriolet kuzovlu superkarın da tirajı məhdudlaşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt