GT4 kateqoriyasının tələblərinə uyğun hazırlanan KTM X-Bow yarış sportkarının yenilənmiş variantı təqdim edilib. Avtomobilin inşası ilə məşğul olan Reiter Engineering şirkətindən yenilənmənin istismar xərclərini azaltmaq məqsədini daşıdığını bildiriblər.

Belə ki, avtomobil təmiri 10000 kilometrdən sonra nəzərdə tutulan yeni ötürmələr qutusunu əldə edib. Asqı sisteminin qollarının və təkərlərin bərkidilməsinin xidmət müddəti 20000 kilometrə qədər artırılıb. Bütün bunlar təmir xərclərini bir kilometr üçün 3,9 avro azaltmaq imkanı verir. Lakin, bu rəqəmin əvvəlki həddi səsləndirilməyib.

Bunlarla bərabər, avtomobil Motec firmasının istehsalı olan mühərrikin idarəetmə blokuna sahib olub. Yenilənmiş KTM X-Bow GT4 modelinin qiyməti 152360 avro təşkil edir.

Gələn ilin yazına qədər firma 15 belə avtomobil istehsal etməyi planlaşdırır. Fevral ayına qədər olan kvotalar artıq satılıbdır.

360 at qüvvəli güc areqatına malik olan avtomobil GT4 kateqoriyasına uyğun olan müxtəlif yarış seriyalarında çıxış edir. Söhbət əsasən Pirelli World Challange, China GT, Thailand Superseries və Australian GT çempionatlarından gedir. X-Bow modelinin buraxılışı ilə motosikl istehsalçısı olan KTM şirkəti məşğuldur.

Avtomobilin ümumi yollar üçün olan variantı Audi istehsalı olan 2,0 TFSI mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 300 at qüvvəsi hasil edir.

X-Bow modelinin əsasını 80 kiloqram çəkisi olan karbon monokok təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt