Range Rover Velar modelinin təqdimatından qısa müddət keçməsinə baxmayaraq, Lumma Design atelyesi artıq dəbdəbəli ofroder üçün hazırladığı tüninq proqramını təqdim etmişdir.

CLR GT adını almış proqram eyni zamanda alman atelyesinin 30 illik yubileyinə həsr edilmişdir.

Döğrudur bu proqram hələ reallaşmadığından alman tüner avtomobilin rəqəmsal formatda olan görüntüsünü hazırlamışdır. Təsvirlərdən göründüyü kimi, avtomobil geniş atrodinamik kuzov dəstinə və xüsusi yaşıl rəngə boyanmışdır. Avtomobil yeni formalı radiator barmaqlığını əldə, kapotdakı və bamperdəki hava girişləri isə karbondan işləmələri əldə etmişdir. Ofroderin damı qara rəngə boyanmışdır. Atelyenin məhsulu olan qrafit rəngli iri təkər diskləri avtomobilin ümumi görünüşünü daha da aqressiv edir. Arxa bamper də karbondan hazırlanmış diffuzora və buraxılış sisteminin iki cütlənmiş borulara sahib olmuşdur.

Atelyedən bildirildiyinə görə, tüninq keçmiş avtomobilin qiyməti 100 min ABŞ dollarının üzərində olacaqdır.