Manifattura Automobili Torino (MAT) və New Stratos Gbr firmaları, səkkiz il bundan əvvəl nümayiş etdirilmiş əfsanəvi Lancia Stratos modelinin müasir variantının istehsalına yenidən başlamaq niyyətində olduğunu bildirib. Avtomobili mart ayında keçirirləcək Cenevrə avtosalonunda nümayiş etdirəcəklər.

İlkin olaraq Stratos modelinin yeni versiyası Mixael Stroşekin sifarişi ilə Pininfarina atelyesi tərəfindən yaradılmışdır. Avtomobili Ferrari F430 Scuderia modelinin bazasında inşa edib 540 at qüvvəli 4,3-litrlik səkkiz silindrli mühərrik ilə təchiz etmişdirlər. Bu avtomobil 100 km/saat həddini 3,3 saniyəyə, 200 km/saat həddini isə 9,7 saniyəyə toplayır.

Avtomobil Stroşekə üç milyon avroya başa gəlib. Pininfarina atelyesi avtomobilin xırda seriya istehsalına başlamaq istəsə də, Ferrari şirkəti onun aqreqatlarından istifadəyə qadağa qoymuşdu. Pininfarina 40 şəxsin avtomobili sifariş etmək istədiyini bildirmişdir. Nəticədə Pininfarina atelyesi layihədən imtina etməyə məcbur olub. 

Bu Cenevrədə təqdim ediləcək 550 at qüvvəli avtomobilin başqa platformada inşa edildiyindən xəbər verir. Lakin, bunun hansı şassi olduğu açıqlanmayıb. İstehsalçı yeni şassinin avtomobilin yarış və yolsuzluq üçün nəzərdə tutulmuş Safari modifikasiyasını buraxmağa imkan verəcəyini bildirib.

MAT və New Stratos Gbr firmaları Pininfarina atelyesindən avtomobilin buraxılması üçün lisenziya aldığını bildiriblər. Cəmi 25 ədəd belə avtomobil buraxmaq planlaşdırılır. Avtomobilin təchiz ediləcəyi güc aqreqatı və transmisiya barədə də məlumat verilməyib. Yeganə məlum olan onun qiymətidir - 835 min dollar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt