McLaren şirkətinin eksklyuziv superkarların istehsalı ilə məşğul olan Special Operations bölməsi 570S superkarının xüsusi versiyası olan MSO X modelinin buraxılacağını bəyan edib. 10 ədəd buraxılacaq avtomobil 1990-cı ildə dözümlülük üzrə yarışlarda iştirak etmiş F1 GTR modelinə həsr olunub.

Zahiri cəhətdən MSO X superkarı GT4 kateqoriyasında çıxış edən 570S modelinə bənzəyir. Standart superkardan fərqli olaraq MSO X yerəbasma gücünü 100 kiloqram artıran bərkidilmiş arxa antiqanada, 1997-ci ilin F1 GTR Longtail modelində olduğu kimi damda olan hava girişinə, titan buraxılış sisteminə, karbondan kapota, dama, yan ətəklərə və motor bölümünün qapağına sahib olub.

McLaren MSO X modelinin təchizatına karbon yarış oturacaqları, dəbliqə üçün xüsusi bölüm, altınöqtəli təhlükəsizlik kəmərləri, həmçinin kameraları və GPS-qəbulediciləri olan Track Telemetry dəsti daxildir. Sonuncu trekdə vurulan dövrə zamanını qeydə alır. Avtomobilləri McLaren şirkətinin amerikan dileri McLaren Newport Beach firmasının sifarişi ilə hazırlayıblar. Hər 10 avtomobil artıq sahiblərinə təhvil verilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt