McLaren Automotive şirkəti Lamborghini Urus modelinin rəqibi olacaq krossoveri buraxmağı planlaşdırmır. Bu barədə Top Gear nəşrinə müsahibəsində markanın baş dizayneri Den Perri Uilyams bildirib.

Dizaynerin qənaətincə SUV (Sport Utiliyu Vehicle) kimi tanınan krossoverlər nə idman, nə də utilitardırlar.  Perri-Uilyams krossover və ofroderlərin McLaren markasının dizayn konsepsiyasına uyğun olmadığını da vurğulayıb. Onların əvəzinə istehsalçı yeni sportkarları hazırlayacaqdır. 2016-cı ildə təqdim edilmiş Track22 adını almış plana əsasən 2022-ci ilə qədər McLaren 15 yeni model və modifikasiya buraxmalıdır. Bu məqsədlərə bir milyard funt-sterlinq xərcələnəcəkdir.

McLaren şirkətinin son təqdim etdiyi sportkar ortamühərrikli Senna superkarı olub. Üçqat dünya çempionu Ayrton Sennanın xatirəsinə həsr edilən avtomobil karon şassidə inşa edilib. Mclaren Senna 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbomühərrik və iki muftalı  yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Cəmi 500 ədəd Senna superkarı buraxılacaqdır. Hər bi avtomobilin minimum qiyməti 750 min funt-sterlinqdır.