Mercedes-Benz şirkəti Cenevrə avtosalonunda təqdim edilmiş GT fastbəkinin seriya variantının hibrid güc aqreqatı ilə təchiz ediləcəyini təsdiq etmişdir. Mercedes-AMG GT Concept modelinin seriya variantının 2018-ci ilin sonunda işıq üzü görəcəyi məlumdur. İlkin olaraq, seriya modelinin 600 at qüvvəsi gücə malik olan daxili yanacaq mühərriki ilə təchiz ediləcəyi məlumdur. Daha sonra isə, avtomobilin hibrid modifikasiyası buraxılmağa başlayacaqdır.

Bildiyimiz kimi, Mercedes-AMG GT Concept “EQ Power+” adını almış ilk modeldir.Gələcəkdə Mercedes-AMG xəttindən olan “qaynar” hibrid avtomobilləri belə adlancaqdırlar. Dördqapılı prototip C və E-Class modellərinin istehsalında istifadə edilən MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanmışdır. Beş metrlik uzunluğu olan avtomobil 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilmişdir. Hibrid gwc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir.

Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənir. Bununla belə, alman istehsalçısı akkumulyatorların xarakteristikaları və elektrik ötürməsi ilə yürüş ehtiyatı barədə heç bir məlumat verməmişdir. Batareyalar rekuperasiya sisteminin və DYM köməyi ilə doldurulurlar. Diffuzor, spoylerlər, tavan, ön qanadlar və kandarlar da daxil olmaqla kuzovun elementlərinin əksər hissəsi karbondan hazırlanmışdır. Bundan başqa, avtomobil karbon-saxsı əyləc mexanizmlərinə və güzgüləri əvəz edən arxa görüntü kameralarına sahib olmuşdur. Prototipin 2018-ci ildə seriyaya gedəcəyi bildirilmişdir.