Dünən Mercedes-Benz şirkəti artıq rəsmi şəkilləri internetdə yayılmış Mercedes-AMG GT superkarının trek variantını təqdim etmişdir. Mercedes-AMG GT R adını almış model tam idarəolunan şassi, aktiv aerodinamika, yenidən işlənmiş asqı sistemi, gücləndirilmiş mühərrik və doqquz rejimi olan yarış trekşn-kontrolu ilə təchiz edilmişdir.

Yeni superkar Britaniyanın Qudvud şəhərində keçirilən "Sürət Festivalı"nda təqdim edilmişdir. Arxadan çəkişli superkar 4,0-litrlik səkkiz silindirli biturbo mühərriklə təchiz edilir. Bu mühərrik 585 at qüvvəsinə və 700 Nm fırlanma anına malikdir. Xatırladaq ki, superkarın ən güclü variantı sayılan GT S modelinin mühərriki 510 at qüvvəsinə və 650 Nm fırlanma anına malikdir. Yeni avtomobil şəhər rejimində 15 litr yanacaq sərf edir ki, trassada bu rəqəm 9,2 litr, qarışıq rejimdə isə 11,4 litr təşkil edir.

Mühərrikin gücünün ciddi şəkildə artırılmasına yüksək təzyiqli yeni turbinanın və GT S modifikasiyasında istifadə edilən nazim-çarxdan 700 qram yüngül olan yeni ikiçəkili nazim-çarxının quraşdırılması sayəsində nail olunmuşdur.

Bundan başqa, mühərrikin sıxılma dərəcəsi dəyişdirilmiş, buraxılış klapanları yenidən işlənmiş, soyutma sistemi yaxşılaşdırılmış və idarəetmə elektronikası yenidən proqramlaşdırılmışdır.

Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Sürətlər qutusunun ötürmələr nisbəti dəyişdirilmiş, proqram təminatı yenilənmiş və onun soyudulması yaxşılaşdırılmışdır. Transmissiyanın işi, "Race" rejimi əlavə edilmiş Dynamic Select sisteminin seçilmiş rejiminə uyğun dəyişir.

Bundan əlavə, mərkəzi konsolda yerləşdirilmiş xüsusi düymə sayəsində trekşn-kontrolun tənzimlənmələrini təyin etmək olar ki, bunlardan biri yaş trekdə və sürüşkən yolda hərəkət üçün nəzərdə tutulmuşdur. Hər bir doqquz rejim təkərlərin sürüşməsini maksimal oaraq təmin edir.

Trekşn-kontrolu sabitləşdirmə sistemi kimi tam söndürmək də mümkündür.

Yerindən 100 kilometr-saat həddinə qədər Mercedes-AMG GT R 3,6 saniyəyə sürətlənir. Müqayisə üçün Mercedes-AMG GT S modeli 100 kilometr-saata 3,8 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 318 kilometr-saata bərabərdir.

Mercedes-AMG GT R modelinin aerodinamikası ciddi şəkildə yenilənmişdir. Misal üçün, kuzovun ön hissəsində, mühərrik bölümünün altında yerləşdirilmiş karbon element "Race" rejimində 80 km/saat həddindən sonra 40 millimetr aşağı enir.

Bunun sayəsində hava axının bölünməsi dəyişdirilir və 250 km/saat həddində ön oxa düşən qalxma qüvvəsi 40 kiloqram azalmış olur.

Bundan əlavə, avtomobilin ön hissəsinin altında xüsusi açılıb-bağlanan şaquli elemetlər quraşdırılmışdır ki, yüksək sürətdə, əylənmə zamanı və sürətli döngələri keçən zaman onlar bağlı qalırlar ki, bu da qaldırma qüvvəsini azaldır. Lakin, aqreqatların soyudulması gərək olarsa elektronika bu elemetləri kompyüterin komandası ilə açır.

Mercedes-AMG GT R modeli həmçinin hücum bucağı əl ilə dəyişdirilə bilən iri antiqanaqla təchiz edilmişdir. Antiqanad maksimal sürətdə yerə basma gücünü 155 kiloqrama qədər artırmaq iqtidarındadır.

Avtomobilin ön və arxa təkər izi hiss olunacaq dərəcədə genişləndirilmişdir. Öndə kupe 46 millimetr, arxada isə 57 millimetr genişləndirilmişdir. Bunun sayəsində də 325 millimetrlik Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərinin quraşdırılması mümkün olmuşdur.

Superkarın asqı sistemi də ciddi şəkildə yenidən işlənmiş və trekdə hərəkət üçün uyğunlaşdırılmışdır. Ressoraltı çəkilərin azaldılması üçün asqının bir sıra elementləri döymə alüminiumdan hazırlanmış, AMG Ride Control idman asqısı isə, yayların sərtliyinin əllə tənzimlənməsinə malikdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Mercedes-AMG modellərinin arasında ilk dəfə olaraq tam idarələnməli şassi ilə təchiz edilir. İki elektomexaniki aktuatorların köməyi ilə arxa təkərlərin dönmə bucağı 1,5 dərəcə dəyişə bilər. 100 km/saat sürətindən yuxarı hədlərdə arxa təkərlər ön təkərlərlə eyni istiqamətə, bundan aşağı sürətlərdə isə əks istiqamətə dönürlər.

Eyni zamanda superkar elektronika ilə idarə edilən arxa yüksək sürtünmə differensialı, karbondan hazırlanmış kardan valı (adi valdan 40 faiz yüngüldür) , səsi tənzimləmək imkanı verən titandan hazırlanmış biuraxılış sistemi ( 6 kiloqram yüngüldür), öndə 402, arxada 360 millinmetrlik diskləri olan karbon-saxsıdan hazırlanmış əyləc mexanizmləri, öndə 19, arxa 20 düymlük təkər diskləri ilə təchiz edilmişdir.

Yeni superkarın konstruksiyasında karbondan geniş istifadə edilmişdir. Belə ki, avtomobilin damı, və ön qanadları karbondan hazırlanmışdırlar.

Bunun sayəsində də GT R modeli GT S variantından 15 kiloqram yüngüldür və onun ümumi çəkisi 1555 kiloqram təşkil edir.

Yeni avtomobilə sifarişlərin qəbuluna noyabr ayının 21-də başlanmalıdır. Dilerlərin salonlarında avtomobilllər gələn ilin mart ayında nümayiş etdiriləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt