Mercedes-AMG Project One hiperkarının istehsalı şirkətin Böyük Britaniyadakı müəssisəsində təşkil ediləcəkdir. Xatırladaq ki, Breklidəki müəssisədə Formula 1 bolidləri yığılır.

Buna baxmayaraq, hiperkarın seriya istehsalına 2019-cu ildə başlanacaqdır. Bu barədə Autocar nəşrinə Mercedes-AMG bölümünün başçısı Tobias Moers bildirib. Jurnalistlərlə söhbət zamanı Moers mühərriklərin, şassi, asqı elementlərinin və kuzovun Böyük Britaniyada istehsal ediləcəyini bildirib. Lakin, son yığılma prosesinin yeri barədə qərar hələlik qəbul edilməyib. Ehtimallara görə, final yığım prosesi 2010-cu ildən Formula 1 bolidlərinin istehsal edildiyi Breklidəki müəssisədə həyata keçiriləcəkdir. 

Frankfurtda təqdim edilmiş hiperkar Formula 1 bolidindən alınmış 1,6-litrlik V6 turbomühərriki, beş elektromotor və səkkiz diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Güc aqreqatı ümumilikdə 1000 at qüvvəsinin üzərində gücə malikdir. 200 km/saat həddinə hioerkar altı saniyəyə sürətlənir, onun maksimal sürəti isə 350 km/saatdır. Cəmi 275 ədəd belə avtomobil istehsal ediləcəkdir. Artıq bütün avtomobillərin satıldığı söylənir. Hər bir avtomobilin qiyməti 2,3 milyon avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt