Bu gündən başlayaraq Mercedes-Benz şirkətinin dilerləri G-Class ofroderinin iki yeni versiyasına sifarişləri qəbul etməyə başlamışdırlar. Bunlar Designo Manufaktur Edition və Exclusive Edition modifikasiyalarıdır.

Alman istehsalçısının mətbuat xidməti Designo Manufaktur Edition modifikasiyasının 2015-ci ildə işıq üzü gördüyünü bildirmişdir. Potensial alıcılar bu seriyadan olan avtomobillərə yüksək qiymət vermişdirlər.

Bu səsbədən də istehsalçı yenidən bu seriyaya müraciət etmək qərarına gəlmişdir. Designo Manufaktur Edition dəsti Mercedes-Benz G350 və Mercedes-Benz G500 modifikasiyaları üçün nəzərdə tutlmuşdur. Avtomobillərin qiyməti müvafiq olaraq 109878 və 121683 avrodan başlayacaqdır. Designo Manufaktur Edition dəsti ilə təhciz edilmiş ofroderlər “mistik ağ”, “maqmatik qırmızı” və “qara obsidian” rənglərinə boyanacaqdırlar. Rəngdən asılı olmayaraq, ofroderlər qara rəngli eksteryer elementlərinə və 19-düymlük AMG disklərinə malik olacaqdırlar. 

Bu seriyadan olan ofroderlərin salonunun tərtibatında yüksək kefiyyətli Nappa dəridən, qara royal lakı ilə örtülmüş işləmələrdən istifadə ediləcəkdir.  

Ofroderlərin təchizatına unikal velyur ayaqaltılardan, işıqlanan kandarlar, əlavə xrom işləmələr, pedalların metal örtükləri və qırmızı rəngli təhlükəsizlik kəmərləri daxil edilmişdir. 

Mercedes-Benz G-Class Exclusive Edition

Mercedes-Benz nümayəndələri bu dəst müştərilərə, eyni təchizatlı avtomobilə nisbətən onun dəyərinin 24 faizinə qənaət etmək imkanı verəcəkdir. Exclusive Edition versiyasına gəldikdə isə, bu dəst yalnız “qaynar” Mercedes-AMG G63 və Mercedes AMG G65 modifikasiyaları üçün nəzərdə tutulmuşdur. Bu dəstlə təchiz edilmiş ofroder ön bamperin altında yerləşdirilmiş paslanmayan poladdan olan original əlavə ilə seçiləcəkdirlər. Bundan əlavə, Exclusive Edition modifikasiyası 21-düymlük təkər diskləri ilə təchiz ediləcəkdirlər. Eyni zamanda, bu seriyadan olan ofroderlər tutqun rəngə boyanacaq və ehtiyat təkərinin kuzov rəngində olan örtüsünə malik olacaqdır.

Exclusive Edition dəsti ilə təchiz edilmiş “qaynar” ofroderlər 163125 (G63) və 287658 (G65) avroya satılacaqdırlar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt